Vakansiyalar
EC

Satış üzrə operator (B2B)

Ecopress

Əsas öhdəliklər və vəzifələr:

• 1C proqramında satışların, sifarişlərin və müvafiq əməliyyatların dəqiq şəkildə qeydiyyatının aparılması;

• Şirkətə daxil olan zənglərin qəbul edilməsi, müştərilərin sifarişlərinin qeydə alınması və suallarının cavablandırılması;

• Debitor borcu (gecikmiş ödənişləri) olan müştərilərlə telefon vasitəsilə mütəmadi əlaqə saxlanılması, borcların izlənilməsi və geri qaytarılmasının təmin edilməsi;

• Ofis daxili ilkin sənədləşmə işlərinin icra olunması;

• Lazımi sənədlərin (hesab-faktura, qaimə və s.) çap edilməsi, skan olunması, qovluqlara yığılması və arxivləşdirilməsi.

Namizədə dair tələblər:

• Cins: Yalnız xanım namizədlər;

• 1C proqramında sərbəst işləmək bacarığı və bu sahədə iş təcrübəsi;

• Səlis nitq, xoş səs tonu və telefonda peşəkar ünsiyyət (mədəniyyət) qurmaq qabiliyyəti;

• Problemli və borclu müştərilərlə danışıqlar aparmaq bacarığı, stressə davamlılıq;

• Ofis texnikası (printer, skaner və s.) ilə işləmək bacarığı;

• Diqqətlilik, məsuliyyətlilik, punktuallıq və verilən tapşırıqları vaxtında icra etmək.

İş şəraiti:

• Rəsmiyyət: Azərbaycan Respublikasının Əmək məcəlləsinə tam uyğun olaraq rəsmi əmək müqaviləsi bağlanılır;

• Əməkhaqqı: 750 AZN (Net)

• İş qrafiki: Həftədə 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);

• İş saatları: 09:00-dan 18:00-dək;

• İstirahət günləri: Şənbə və Bazar günləri;

Tələblərə cavab verən namizədlərdən şəkilli CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satış üzrə operator (B2B)” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Ünvan: Nəsimi ray., Xətai pr., 34 LUXEN PLAZA 1-ci bina 16 mərtəbə.

Geri
EC
Satış üzrə operator (B2B)
Ecopress
Müraciət et
Elan tarixi: 13 avqust 2026
Son müraciət: 13 sentyabr 2026
Sirk?t Ecopress
Mənbə ID 148466
Baxış 8

Detail.Share