Strategiyanın İcrası üzrə Baş Mütəxəssis
Təsvir
• Bankın strateji hədəfləri və strateji təşəbbüsləri üzrə ƏFG-lərin (KPI) müəyyənləşdirmək, ölçmə metodologiyasını hazırlamaq və müvafiq struktur bölmələrlə uzlaşdırmaq;
• Strateji və təşəbbüs ƏFG-lərinin dövri olaraq izləmək, hesablamaq, mənbə məlumatlarının doğruluğunun və izlənəbilənliyini təmin etmək;
• Hədəfdən geridə qalan ƏFG-lər üzrə aidiyyəti strukturlarla birgə çalışaraq tədbirlər planının (action plan) hazırlamaq, məsul şəxs və son tarixlərin müəyyənləşdirmək və icrasına nəzarət etmək;
• Biznes və qeyri biznes xəttini əhatə edən təşəbbüslər portfelini idarə etmək;
• Təşəbbüslərin icrasının, proqramların/proqram elementlərinin və qrup fəaliyyətinin izləmək və qiymətləndirmək;
• Təşəbbüslərin icrasında boşluqların/ziddiyyətlərin müəyyənləşdirmək və SQO-lara şəffaf şəkildə təqdim olunmasını təmin etmək;
• Strategiyanın uyğunlaşdırılması və hədəfə nail olunması istiqamətində məsləhətlər vermək;
• Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumat vermək;
• Əsas strateji hədəflər haqqında məlumat və data toplayaraq, yuxarı rəhbərliyə hesabatı vermək.
Tələblər
- Təhsil: Biznesin idarə edilməsi, Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (Magistr dərəcəsi arzu olunandır);
- Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 3 il;
- Xarici dillər: İngilis (səlis), Rus;
- Kompüter bilikləri: Microsoft Office (xüsusilə Power Point və Excel), layihə idarəedilməsi proqramları (Jira), analitik proqramlardan istifadə arzuolunandır;
- Metodoloji biliklər: ƏFG/KPI çərçivələri, Balanced Scorecard və OKR yanaşmaları, strateji planlaşdırma və portfel idarəetməsi;
- Məhsul üzrə biliklər: biznes və texnologiyalara dair geniş təcrübə və maraq;
- Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru;
- Başqa tələblər: Güclü ünsiyyət bacarığı (yazılı və şifahi), problem həll etmə bacarığı və analitika.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.