Вакансии
PB

Strategiyanın İcrası üzrə Baş Mütəxəssis

PASHA Bank

Təsvir

• Bankın strateji hədəfləri və strateji təşəbbüsləri üzrə ƏFG-lərin (KPI) müəyyənləşdirmək, ölçmə metodologiyasını hazırlamaq və müvafiq struktur bölmələrlə uzlaşdırmaq;

• Strateji və təşəbbüs ƏFG-lərinin dövri olaraq izləmək, hesablamaq, mənbə məlumatlarının doğruluğunun və izlənəbilənliyini təmin etmək;

• Hədəfdən geridə qalan ƏFG-lər üzrə aidiyyəti strukturlarla birgə çalışaraq tədbirlər planının (action plan) hazırlamaq, məsul şəxs və son tarixlərin müəyyənləşdirmək və icrasına nəzarət etmək;

• Biznes və qeyri biznes xəttini əhatə edən təşəbbüslər portfelini idarə etmək;

• Təşəbbüslərin icrasının, proqramların/proqram elementlərinin və qrup fəaliyyətinin izləmək və qiymətləndirmək;

• Təşəbbüslərin icrasında boşluqların/ziddiyyətlərin müəyyənləşdirmək və SQO-lara şəffaf şəkildə təqdim olunmasını təmin etmək;

• Strategiyanın uyğunlaşdırılması və hədəfə nail olunması istiqamətində məsləhətlər vermək;

• Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumat vermək;

• Əsas strateji hədəflər haqqında məlumat və data toplayaraq, yuxarı rəhbərliyə hesabatı vermək.

Требования

  • Təhsil: Biznesin idarə edilməsi, Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (Magistr dərəcəsi arzu olunandır);
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 3 il;
  • Xarici dillər: İngilis (səlis), Rus;
  • Kompüter bilikləri: Microsoft Office (xüsusilə Power Point və Excel), layihə idarəedilməsi proqramları (Jira), analitik proqramlardan istifadə arzuolunandır;
  • Metodoloji biliklər: ƏFG/KPI çərçivələri, Balanced Scorecard və OKR yanaşmaları, strateji planlaşdırma və portfel idarəetməsi;
  • Məhsul üzrə biliklər: biznes və texnologiyalara dair geniş təcrübə və maraq;
  • Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru;
  • Başqa tələblər: Güclü ünsiyyət bacarığı (yazılı və şifahi), problem həll etmə bacarığı və analitika.
  • Vakansiya növü - Tam ştat
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Назад
PB
Strategiyanın İcrası üzrə Baş Mütəxəssis
PASHA Bank
Откликнуться
Опубликовано: 25 августа 2026
Дедлайн: 25 сентября 2026
Компания PASHA Bank
ID источника 149354
Просмотры 3

Detail.Share