Vakansiyalar
CA

Təcrübəçi Mühasib

Crystal Accfin MMC

Mühasib Təcrübə Proqramı, Təlim və İş bir arada, 100% İş Təminatlı

Mühasib Təcrübə Proqramı — 3 Ay Təcrübəçi mühasib ol, 3 ay sonra Mühasib kimi davam et.

3 ay sonra Crystal Accfin-də tam ştatla işə başlayırsınız. Bu sadəcə vəd deyil — yazılı zəmanətdir.

Mühasibatlıq üzrə ali təhsiliniz var - amma iş tapmaq üçün təcrübə, təcrübə qazanmaq üçün isə iş lazımdır.

Crystal Accfin-in Mühasib Təcrübə Proqramı bu çevrəni qırır: real iş mühitində 3 aylıq intensiv təcrübə, peşəkar mentorluq — və proqramın sonunda tam ştatla işə qəbul zəmanəti.

Bu proqram sənin üçündür əgər:

• Mühasibatlıq üzrə ali təhsilin var

• 30 yaşına qədərsən

• Real iş mühitində praktiki bacarıqlar qazanmaq istəyirsən

• Karyerana etibarlı və sürətli başlanğıc etmək istəyirsən

• ACCA FA sertifikatın var (üstünlük verilir)

Proqram Necə İşləyir?

• Müddət - 3 ay

• Gündəlik rejim - Həftədə 5 gün, gündə 4 saat

• Təlim vaxt - Gündə 2 saat - praktiki təlim və mentor rəhbərliyi

• İş vaxtı - Gündə 2 saat - real iş mühitində praktiki icra

• Status - 1/4 ştat işçi kimi rəsmi qeydiyyat

• Aylıq əmək haqqı ilk 3 ay - 100 AZN (vergi və sosial yığımlar Crystal Accfin tərəfindən ödənilir)

• Aylıq təlim haqqı ilk 3 ay - 390 AZN (ilk 3 ay təlim prosesində tələbə-namizəd tərəfindən ödənilir)

• Aylıq əmək haqqı 3 ay sonra - 400 AZN (3 ay sonra Mühasib vəzifəsi ilə işə davam edir)

Proqrama qəbul olunan namizəd ilk gündən rəsmi işçi statusu qazanır — təcrübəçi mühasib vəzifəsi ilə əmək müqaviləsi bağlanır, staj başlayır, əmək kitabçasına qeyd edilir.

Proqramda nələri öyrənəcəksiniz?

• Gündəlik mühasibatlıq əməliyyatlarının 1C 8.3 proqram təminatında icrası

• Vergi Məcəlləsi üzrə vergi hesablamalarının aparılması

• Əmək Məcəlləsi üzrə kadr sənədləşməsi və əmək haqqı hesablamaları

• Elektron qaimələrin, bəyannamələrin və dövlət portallarında əməliyyatların icrası

• Real biznes sənədləri və hesabatlarla iş

Seçim Prosesi

• Proqrama yalnız 1 namizəd qəbul edilir. Müraciətlər arasından seçim keçirilir — CV, müsahibə və qiymətləndirmə əsasında.

• Ödəniş seçim prosesindən sonra, proqrama başlamazdan əvvəl həyata keçirilir.

Daha ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı linkdən istifadə edin, və ya Müraciət et düyməsində qeyd olunanformu dolduraraq müraciət edə bilərsiniz.

• https://www.crystalaccfin.com/offer/muhasib-tecrube-proqrami-100-is-teminatli

Geri