Vakansiyalar
QP

Təlim və inkişaf üzrə baş mütəxəssis

Quba Palace Hotel

İşəgötürən: Quba Palace Hotel

İş qrafiki: Tam ştat

İş haqqında məlumat

• Otel əməkdaşlarının təlim ehtiyaclarını təhlil etmək və qiymətləndirmək;

• Yeni işə qəbul olunan işçilər üçün adaptasiya proqramlarını təşkil etmək və keçirmək,

• Mövcud təlim proqramlarının effektivliyini izləmək və təkmilləşdirmə

• Əməkdaşların iş bacarıqlarını artırmaq üçün fərdi və qrup təlimləri təşkil etmək;

• Müxtəlif sahələr üzrə təlim materialları və dərs vəsaitləri hazırlamaq;

• Təlim nəticələrinin şəxsi performansa və ümumi komanda məhsuldarlığına təsirini analiz etmək;

• İştirakçıların inkişafını izləmək və təlimin davamlı inkişafına dair hesabatlar hazırlamaq;

• Otel sektorunun təlim standartlarına uyğun olan yeni təlim metodlarını və alətlərini tətbiq etmək;

• İşçilərin ixtisaslaşmasını dəstəkləyən proqramların hazırlanmasına rəhbərlik etmək;

• Otel sektorunun trendləri və yenilikləri ilə tanış olmaq və onları təlim proqramlarına inteqrasiya etmək;

• İşçilərin inkişafına dəstək olmaq, onları yeni bacarıqlar öyrənməyə və inkişaf etməyə təşviq etmək;

• Təlimlər üçün lazımi resursların (məsələn, müvafiq təlim materialları, texniki avadanlıq, yer) təmin olunmasını təşkil etmək;

• Təlimlərin qeydiyyatını aparmaq, iştirakçıların siyahısını hazırlamaq və arxivləşdirmək.

İşçinin təminatları:

• Yerləşmə və qidalanma ilə təmin olunur,

• Təlim və inkişaf proqramlarında iştirak imkanları.

• Mobil nömrə,telefon və kompüterlə təmin olunma,

Tələblər

  • Ali təhsil (İdarəetmə, İnsan Resursları və ya əlaqəli sahələr üzrə);
  • Otelçilik və qonaqpərvərlik sahəsində təlim və inkişaf üzrə minimum 2 il iş təcrübəsi;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Müxtəlif təlim növləri (həyat bacarıqları, peşəkar bacarıqlar, liderlik) üzrə təlimlər təşkil etmək bacarığı;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları, xüsusilə Excel və PowerPoint ilə işləmə təcrübəsi;
  • Azərbaycan dili (yazılı və şifahi) mükəmməl səviyyədə olmalıdır;
  • İngilis dili yaxşı səviyyədə.
  • Maraqlanan və qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Təlim və inkişaf üzrə baş mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Geri