Ticarət və İnvestisiya Xidmətləri şöbəsinin meneceri
Vakansiya üzrə əsas tələblər:
• Ali təhsil (Maliyyə, İqtisadiyyat və Biznesin idarə edilməsi ixtisasları və oxşar sahələr arzuolunandır);
• Maliyyə bazarları haqqında nəzəri və praktiki biliklər
• Təşəbbüskarlıq;
• Analitik düşüncə tərzi;
• Yaxşı səviyyədə ingilis dili biliyi (rus dili biliyi arzuolunandır);
• MS Office proqramları üzrə biliklər;
• Rəqəmlərlə və sənədlərlə işləyən zaman dəqiqlik;
• Verilən tapşırıqların icrasına sistemli yanaşma (tapşırıqları vaxtında və keyfiyyətli icra etmək və s.);
• Qiymətli kağızlar bazarında fəaliyyət üçün ixtisas şəhadətnamələri
Namizəd aşağıdakı bilik və bacarıqlara sahib olmalıdır:
• Müştərilərə marja ticarəti və digər investisiya xidmətlərini icra etmək təcrübəsi və bacarığı.
• KYC/AML qanunvericiliyinin tələblərini bilmək və tətbiq etmə təcrübəsi və bacarığı.
• Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən və etibarlılıq müddəti bitməyən A1, B1 ixtisas şəhadətnamələrinə malik olmaq.
• Ticarət platformaları üzrə istifadəçilərə funksional dəstək vermək.
• Müştərilərdən daxil olan sorğu və müraciətləri operativ şəkildə cavablandırmaq.
İş şəraiti
• İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək.
• Əmək haqqı: Müsahibə əsasında.
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.