KT
Usta
Kaspi Təhsil Şirkəti
“Kaspi Liseyi” Usta vəzifəsi üçün vakansiya elan edir.
Minimum vakansiya tələbləri:
• Orta təhsil;
• Sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dilində orta səviyyədə danışmaq və yazmaq bacarığı;
• Sağlamlıq və əməyin mühafizəsi qaydalarını bilməsi arzuolunandır;
• İstifadəsinə təhkim edilən alət və ləvazimatlardan istifadə qaydalarını bilməsi;
• Fiziki güc və sağlamlıq;
• Səbrlilik, düzgünlük və məsuliyyətlilik.
Vəzifə öhdəlikləri
- Liseyin əmlak və avadanlıqlarından məsuliyyətlə və düzgün şəkildə istifadə edilməsi və istənilən zədələrdən qorunması;
- Müəyyən olunmuş iş yerinin səliqəli saxlanılması;
- Müvafiq avadanlıq, ləvazimat və aparatların quraşdırılması və ya sökülməsi;
- Liseyə məxsus avadanlıq, ləvazimat və aparatların təmiri;
- Liseyə məxsus bina və ərazilərdə təmir – bərpa işlərinin aparılması;
- Vəzifə öhdəliklərini yerinə yetirərkən sağlamlıq və əməyin təhlükəsizliyi qaydalarına riayət edilməsi;
- İşin xüsusiyyətindən asılı olaraq müvafiq qoruyucu geyim və vasitələrdən istifadə edilməsi;
- Müvafiq alət və ləvazimatlardan ehtiyatla, təmiz və səliqəli şəkildə istifadə edilməsi;
- Vəzifəsini icra etdikdən sonra istifadə etdiyi material və avadanlıqların səliqəli şəkildə saxlanma yerlərinə yerləşdirilməsi;
- Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq.
- Tapşırılan digər müvafiq işləri həyata keçirmək.
- Maraqlananlar CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə və ya www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər https://www.kaspi.edu.az/career/
- Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.