Vacancies
KT

Usta

Kaspi Təhsil Şirkəti

“Kaspi Liseyi” Usta vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

• Orta təhsil;

• Sahə üzrə minimum 1 il iş təcrübəsi;

• Azərbaycan dilində orta səviyyədə danışmaq və yazmaq bacarığı;

• Sağlamlıq və əməyin mühafizəsi qaydalarını bilməsi arzuolunandır;

• İstifadəsinə təhkim edilən alət və ləvazimatlardan istifadə qaydalarını bilməsi;

• Fiziki güc və sağlamlıq;

• Səbrlilik, düzgünlük və məsuliyyətlilik.

Responsibilities

  • Liseyin əmlak və avadanlıqlarından məsuliyyətlə və düzgün şəkildə istifadə edilməsi və istənilən zədələrdən qorunması;
  • Müəyyən olunmuş iş yerinin səliqəli saxlanılması;
  • Müvafiq avadanlıq, ləvazimat və aparatların quraşdırılması və ya sökülməsi;
  • Liseyə məxsus avadanlıq, ləvazimat və aparatların təmiri;
  • Liseyə məxsus bina və ərazilərdə təmir – bərpa işlərinin aparılması;
  • Vəzifə öhdəliklərini yerinə yetirərkən sağlamlıq və əməyin təhlükəsizliyi qaydalarına riayət edilməsi;
  • İşin xüsusiyyətindən asılı olaraq müvafiq qoruyucu geyim və vasitələrdən istifadə edilməsi;
  • Müvafiq alət və ləvazimatlardan ehtiyatla, təmiz və səliqəli şəkildə istifadə edilməsi;
  • Vəzifəsini icra etdikdən sonra istifadə etdiyi material və avadanlıqların səliqəli şəkildə saxlanma yerlərinə yerləşdirilməsi;
  • Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq.
  • Tapşırılan digər müvafiq işləri həyata keçirmək.
  • Maraqlananlar CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə və ya www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər https://www.kaspi.edu.az/career/
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Back