CA
Videoqraf / Video montajçı
CarBuy
Avtomobil sahəsinə və kreativ videoların hazırlanmasına marağın varsa, komandamıza qoşul!
İş yeri: Carbuy
İş qrafiki: 6 günlük
Vəzifə öhdəlikləri
- Avtosalonda avtomobillərin foto və video çəkilişlərini həyata keçirmək;
- Instagram Reels, TikTok və digər sosial şəbəkələr üçün kreativ, dinamik və trendlərə uyğun videolar hazırlamaq;
- Çəkiliş prosesini planlaşdırmaq, təşkil etmək və həyata keçirmək;
- Videoların montajını etmək, səs, musiqi, mətn və vizual effektlər əlavə etmək;
- Sosial media və video kontent sahəsindəki yenilikləri izləmək;
- Brend üçün maraqlı və kreativ kontent ideyaları təklif etmək;
- Marketinq kampaniyaları üçün video kontentin hazırlanmasına dəstək göstərmək;
- Tapşırıqları müəyyən edilmiş qrafikə uyğun və vaxtında təhvil vermək.
Tələblər
- Reels, TikTok və qısa video kontentinin hazırlanması üzrə təcrübə;
- Adobe Premiere Pro, After Effects və ya digər video montaj proqramlarında işləmək bacarığı;
- Kreativ düşüncə və müasir trendləri izləmək bacarığı;
- Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Avtomobil mövzusunda kontent hazırlamağa maraq;
- Portfolio təqdim edilməsi arzuolunandır.
- Biz nə təklif edirik?
- Rəqabətədavamlı əməkhaqqı;
- Kreativ və gənc komanda ilə işləmək imkanı;
- Portfolio yaratmaq və genişləndirmək üçün real brend layihələri;
- Peşəkar və karyera inkişafı perspektivləri;
- Dinamik və yaradıcı iş mühiti.
- Müraciət etmək üçün CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərin.
- Mövzu hissəsində “Videoqraf / Video montajçı” qeyd etməyiniz xahiş olunur.