Baş mühasib müavini (Xidmət sahəsi üzrə)
Firmaya Baş mühasib müavini (Xidmət sahəsi üzrə) tələb olunur.
Vəzifələr:
• Mühasibat və vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etmək;
• Mühasibat sənədlərinin düzgün tərtib edilməsini və uçotunun aparılması;
• Əsas vəsaitlərin uçotunu aparmaq, amortizasiya hesablamalarını həyata keçirmək;
• Əmək haqqı, məzuniyyət və digər ödənişlərin düzgün hesablamaq;
• Debitor və kreditor borclarının uçotunu aparmaq və hesablaşmalara nəzarət etmək;
• Elektron qaimə-fakturaların və hesab-fakturaların tərtib olunması və göndərilməsi;
• Bank, kassa, satış, alış, əmək haqqı, avans, mal-material və digər maliyyə əməliyyatlarını proqram təminatına düzgün daxil edilməsi;
• Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal-material uçotunu aparmaq;
• Gündəlik əməliyyatların 1C proqramına işlənməsi;
• Baş mühasib tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Requirements
- 25–50 yaş aralığında olan namizədlər;
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə);
- Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
- Mühasibat hesablaşmaları üzrə yüksək səviyyədə bilik;
- Vergi Məcəlləsi və Əmək Məcəlləsini yüksək səviyyədə bilmək;
- 1C 8.2 proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramları, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dilini yazılı və şifahi şəkildə mükəmməl səviyyədə bilmək;Rus və ingilis dilləri arzuolunandır.
- Fikrini aydın ifadə etmək, yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq, operativ və stresə davamlı olmaq.
- İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, saat 09.00 –dan 18.00-dək, şənbə və bazar günləri istirahət günləridir.
- Qeyd: İş yeri Bakı şəhərində, mərkəzdə yerləşir. (Sahil metrosunun ətrafında yerləşir)
- Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Baş mühasib müavini” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.