Vacancies
MD

Construction Manager

MEC Design MMC

MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.

Əsas vəzifə öhdəlikləri

• Həm tikinti, həm də fit-out layihələrinin ümumi idarə edilməsini və koordinasiyasını həyata keçirmək;

• Tikinti və fit-out işlərinin təsdiq edilmiş layihə, iş qrafiki, büdcə, texniki spesifikasiya və keyfiyyət tələblərinə uyğun icrasını təmin etmək;

• Sahədə çalışan subpodratçıların, işçi briqadalarının və digər icraçı tərəflərin fəaliyyətini koordinasiya və nəzarətdə saxlamaq;

• Layihənin iş qrafikinin hazırlanmasında iştirak etmək, icrasına nəzarət etmək və gecikmələrin qarşısının alınması üçün operativ tədbirlər görmək;

• Sahadaxili xərclərə (on-site cost) birbaşa nəzarət etmək və layihənin büdcə çərçivəsində icrasını təmin etmək;

• Subpodratçıların hakedişləri, əlavə işlər (variation), dəyişikliklər və digər maliyyə məsələləri üzrə operativ məlumat və hesabatları təqdim etmək;

• Material, işçi qüvvəsi, texnika və digər texniki resursların effektiv və səmərəli idarə edilməsini təmin etmək;

• Tikinti və fit-out prosesində yaranan texniki, təşkilati və operativ problemləri vaxtında müəyyənləşdirmək və həll etmək;

• Layihə rəhbərliyi, texniki ofis, Cost Control, sahə komandası, subpodratçılar və digər aidiyyəti şəxslər arasında effektiv koordinasiyanı təmin etmək;

• İncə İşlər Şefinin, Keyfiyyətə Nəzarət Mütəxəssisinin və HSE Mühəndisinin fəaliyyətini birbaşa idarə etmək və onların işinə nəzarət etmək;

• Görülən işlərin layihə, texniki sənədlər, spesifikasiyalar və keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək;

• Sahədə əməyin mühafizəsi, təhlükəsizlik və HSE tələblərinə riayət olunmasına nəzarət etmək;

• Layihənin icra vəziyyəti, iş qrafiki, xərclər, görülən işlər, risklər və yaranmış problemlərlə bağlı rəhbərliyə müntəzəm hesabat təqdim etmək;

• Layihənin vaxtında, büdcə çərçivəsində və tələb olunan keyfiyyət standartlarına uyğun tamamlanmasını təmin etmək.

Requirements

  • Ali təhsil — İnşaat mühəndisliyi, Memarlıq və ya əlaqəli ixtisas;
  • Həm tikinti, həm də fit-out layihələrində minimum 5 il praktiki iş təcrübəsi mütləqdir;
  • Tikinti və fit-out layihələrinin idarə edilməsində praktiki təcrübə;
  • Layihənin sahə idarəetməsi, subpodratçıların koordinasiyası və tikinti proseslərinə nəzarət üzrə təcrübə;
  • Cost Control prosesləri, sahə xərclərinin idarə edilməsi, subpodratçı hakedişləri və əlavə işlər (variation) üzrə bilik və praktiki təcrübə;
  • Tikinti qrafiklərinin hazırlanması, icrasına nəzarət və layihə müddətlərinin idarə edilməsi üzrə təcrübə;
  • Güclü idarəetmə, liderlik və komanda idarəetmə bacarıqları;
  • Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları layihənin idarə edilməsi, hesabatların hazırlanması, planlaşdırma, analiz və digər iş proseslərində effektiv tətbiq etmək bacarığı;
  • AUTOCAD, MS Office proqramları ilə, xüsusilə Excel ilə yaxşı işləmək bacarığı;
  • Fit-out layihələrinin idarə edilməsində geniş təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
  • Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Construction Manager” qeyd edin.
  • Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!
Back