Construction Manager
MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.
Əsas vəzifə öhdəlikləri
• Həm tikinti, həm də fit-out layihələrinin ümumi idarə edilməsini və koordinasiyasını həyata keçirmək;
• Tikinti və fit-out işlərinin təsdiq edilmiş layihə, iş qrafiki, büdcə, texniki spesifikasiya və keyfiyyət tələblərinə uyğun icrasını təmin etmək;
• Sahədə çalışan subpodratçıların, işçi briqadalarının və digər icraçı tərəflərin fəaliyyətini koordinasiya və nəzarətdə saxlamaq;
• Layihənin iş qrafikinin hazırlanmasında iştirak etmək, icrasına nəzarət etmək və gecikmələrin qarşısının alınması üçün operativ tədbirlər görmək;
• Sahadaxili xərclərə (on-site cost) birbaşa nəzarət etmək və layihənin büdcə çərçivəsində icrasını təmin etmək;
• Subpodratçıların hakedişləri, əlavə işlər (variation), dəyişikliklər və digər maliyyə məsələləri üzrə operativ məlumat və hesabatları təqdim etmək;
• Material, işçi qüvvəsi, texnika və digər texniki resursların effektiv və səmərəli idarə edilməsini təmin etmək;
• Tikinti və fit-out prosesində yaranan texniki, təşkilati və operativ problemləri vaxtında müəyyənləşdirmək və həll etmək;
• Layihə rəhbərliyi, texniki ofis, Cost Control, sahə komandası, subpodratçılar və digər aidiyyəti şəxslər arasında effektiv koordinasiyanı təmin etmək;
• İncə İşlər Şefinin, Keyfiyyətə Nəzarət Mütəxəssisinin və HSE Mühəndisinin fəaliyyətini birbaşa idarə etmək və onların işinə nəzarət etmək;
• Görülən işlərin layihə, texniki sənədlər, spesifikasiyalar və keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək;
• Sahədə əməyin mühafizəsi, təhlükəsizlik və HSE tələblərinə riayət olunmasına nəzarət etmək;
• Layihənin icra vəziyyəti, iş qrafiki, xərclər, görülən işlər, risklər və yaranmış problemlərlə bağlı rəhbərliyə müntəzəm hesabat təqdim etmək;
• Layihənin vaxtında, büdcə çərçivəsində və tələb olunan keyfiyyət standartlarına uyğun tamamlanmasını təmin etmək.
Требования
- Ali təhsil — İnşaat mühəndisliyi, Memarlıq və ya əlaqəli ixtisas;
- Həm tikinti, həm də fit-out layihələrində minimum 5 il praktiki iş təcrübəsi mütləqdir;
- Tikinti və fit-out layihələrinin idarə edilməsində praktiki təcrübə;
- Layihənin sahə idarəetməsi, subpodratçıların koordinasiyası və tikinti proseslərinə nəzarət üzrə təcrübə;
- Cost Control prosesləri, sahə xərclərinin idarə edilməsi, subpodratçı hakedişləri və əlavə işlər (variation) üzrə bilik və praktiki təcrübə;
- Tikinti qrafiklərinin hazırlanması, icrasına nəzarət və layihə müddətlərinin idarə edilməsi üzrə təcrübə;
- Güclü idarəetmə, liderlik və komanda idarəetmə bacarıqları;
- Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları layihənin idarə edilməsi, hesabatların hazırlanması, planlaşdırma, analiz və digər iş proseslərində effektiv tətbiq etmək bacarığı;
- AUTOCAD, MS Office proqramları ilə, xüsusilə Excel ilə yaxşı işləmək bacarığı;
- Fit-out layihələrinin idarə edilməsində geniş təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Construction Manager” qeyd edin.
- Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!