Əczaçı (Masallı filialı üzrə)
Əsas tələblər:
• Ali təhsil (əczaçılıq üzrə)
• Əczaçılıq sahəsində minimum 2 il iş təcrübəsi (üstünlükdür)
• Yaş həddi: 25 – 55;
• Dərman preparatları və tibbi məhsullar haqqında bilik
• Kompüter bilikləri (apteklərdə istifadə olunan proqramlarla işləmə bacarığı)
• Azərbaycan dilində sərbəst danışıq, rus dili biliyi üstünlükdür
• Məsuliyyətli, diqqətli və ünsiyyət bacarıqları yüksək olmalıdır
Vəzifə öhdəlikləri:
• Müştərilərə dərman preparatları və tibbi məhsullar haqqında düzgün məlumat vermək
• Həkim reseptlərinə uyğun dərmanların düzgün təqdim olunmasını təmin etmək
• Dərmanların saxlanma şəraitinə və son istifadə tarixlərinə nəzarət etmək
• Aptekə daxil olan məhsulların qəbulunu və qeydiyyatını aparmaq
• Dərman və tibbi məhsulların satışını həyata keçirmək
• Müştərilərə dərmanların istifadə qaydaları, dozalanma və mümkün təsirləri haqqında məlumat vermək
• Aptekdə sanitar-gigiyenik və farmasevtik qaydalara riayət etmək
• Dərman ehtiyatına nəzarət etmək və çatışmazlıq olduqda rəhbərliyə məlumat vermək
• Satış hesabatlarını və gündəlik əməliyyatları aparmaq
İş şəraiti:
• İş qrafiki: 6 gün, növbəli şəkildə
• İstirahət: Bazar günü
• Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Əczaçı” qeyd edərək CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.