Vacancies

Əczaçı (Masallı filialı üzrə)

Planeta İstehsal Kommersiya Şirkəti

Əsas tələblər:

• Ali təhsil (əczaçılıq üzrə)

• Əczaçılıq sahəsində minimum 2 il iş təcrübəsi (üstünlükdür)

• Yaş həddi: 25 – 55;

• Dərman preparatları və tibbi məhsullar haqqında bilik

• Kompüter bilikləri (apteklərdə istifadə olunan proqramlarla işləmə bacarığı)

• Azərbaycan dilində sərbəst danışıq, rus dili biliyi üstünlükdür

• Məsuliyyətli, diqqətli və ünsiyyət bacarıqları yüksək olmalıdır

​​​​​​Vəzifə öhdəlikləri:

• Müştərilərə dərman preparatları və tibbi məhsullar haqqında düzgün məlumat vermək

• Həkim reseptlərinə uyğun dərmanların düzgün təqdim olunmasını təmin etmək

• Dərmanların saxlanma şəraitinə və son istifadə tarixlərinə nəzarət etmək

• Aptekə daxil olan məhsulların qəbulunu və qeydiyyatını aparmaq

• Dərman və tibbi məhsulların satışını həyata keçirmək

• Müştərilərə dərmanların istifadə qaydaları, dozalanma və mümkün təsirləri haqqında  məlumat vermək

• Aptekdə sanitar-gigiyenik və farmasevtik qaydalara riayət etmək

• Dərman ehtiyatına nəzarət etmək və çatışmazlıq olduqda rəhbərliyə məlumat vermək

• Satış hesabatlarını və gündəlik əməliyyatları aparmaq

İş şəraiti:

• İş qrafiki: 6 gün, növbəli şəkildə

• İstirahət: Bazar günü

• Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir

Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Əczaçı” qeyd edərək CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Back