İnşaat Mühəndisi
Sizin öhdəlikləriniz:
• Tikinti sahəsində işlərin texniki layihə sənədlərinə, tikinti norma və qaydalarına (TNvQ) uyğun olaraq aparılmasına birbaşa rəhbərlik və nəzarət;
• Layihə-smeta sənədlərinin təhlil edilməsi, material tələbatının və görülən iş həcmlərinin dəqiq hesablanması;
• Tikinti sahəsində subpodratçı təşkilatların fəaliyyətinin koordinasiya edilməsi;
• İşlərin qrafikə uyğun getməsinə nəzarət və görülən işlər barədə rəhbərliyə gündəlik/həftəlik hesabatların hazırlanması;
• Tikinti sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi.
Namizədə dair tələblər:
• Yaş həddi: 25 - 55 yaş
• İnşaat mühəndisliyi sahəsi üzrə ali təhsil;
• İrimiqyaslı tikinti layihələrində (xüsusilə yaşayış kompleksləri və premium seqment layihələrdə) geniş iş təcrübəsi;
• Layihə çertyojlarını, sxemləri və texniki sənədləri mükəmməl oxumaq və təhlil etmək bacarığı;
• AutoCAD proqramından sərbəst istifadə (digər mühəndislik proqramları arzuolunandır);
• Güclü idarəetmə, təşkilatçılıq və problemləri operativ həll etmə qabiliyyəti.
• Ciddi, kollektivdə işləmə bacarığı olan
• Müvafiq sahələrdə iş təcrübəsi olan
• Məsuliyyətli, stresə davamlı
İş şəraiti
• Əmək haqqı: Razılaşma yolu ilə
• İş qrafiki: 6 günlük.
• İş vaxtı saat 9.00-18.00-dək.
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.