Вакансии
CO

İnşaat Mühəndisi

Company

Sizin öhdəlikləriniz:

• Tikinti sahəsində işlərin texniki layihə sənədlərinə, tikinti norma və qaydalarına (TNvQ) uyğun olaraq aparılmasına birbaşa rəhbərlik və nəzarət;

• Layihə-smeta sənədlərinin təhlil edilməsi, material tələbatının və görülən iş həcmlərinin dəqiq hesablanması;

• Tikinti sahəsində subpodratçı təşkilatların fəaliyyətinin koordinasiya edilməsi;

• İşlərin qrafikə uyğun getməsinə nəzarət və görülən işlər barədə rəhbərliyə gündəlik/həftəlik hesabatların hazırlanması;

• Tikinti sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi.

Namizədə dair tələblər:

• Yaş həddi: 25 - 55 yaş

• İnşaat mühəndisliyi sahəsi üzrə ali təhsil;

• İrimiqyaslı tikinti layihələrində (xüsusilə yaşayış kompleksləri və premium seqment layihələrdə) geniş iş təcrübəsi;

• Layihə çertyojlarını, sxemləri və texniki sənədləri mükəmməl oxumaq və təhlil etmək bacarığı;

• AutoCAD proqramından sərbəst istifadə (digər mühəndislik proqramları arzuolunandır);

• Güclü idarəetmə, təşkilatçılıq və problemləri operativ həll etmə qabiliyyəti.

• Ciddi, kollektivdə işləmə bacarığı olan

• Müvafiq sahələrdə iş təcrübəsi olan

• Məsuliyyətli, stresə davamlı

İş şəraiti

• Əmək haqqı: Razılaşma yolu ilə

• İş qrafiki: 6 günlük.

• İş vaxtı saat 9.00-18.00-dək.

Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Назад
CO
İnşaat Mühəndisi
Company
Откликнуться
Опубликовано: 07 августа 2026
Дедлайн: 07 сентября 2026
Компания Company
ID источника 147916
Просмотры 2

Detail.Share