İnsan resursları üzrə baş mütəxəssis
Təsvir
• Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, şirkətin daxili normativ sənədlərinə, nizamnaməsinə, prosedur və təlimatlarına, habelə rəhbərliyin müvafiq göstəriş və əmrlərinə uyğun olaraq insan resursları üzrə sənədləşmə işlərini həyata keçirmək;
• İşçilərin işə qəbulu, başqa vəzifəyə və ya struktur bölməsinə keçirilməsi, əmək müqaviləsinə dəyişikliklərin edilməsi, məzuniyyətə buraxılması və əmək münasibətlərinə xitam verilməsi ilə bağlı sənədləri hazırlamaq və rəsmiləşdirmək;
• İşçinin işdən azad edilməsi zamanı müəyyən edilmiş prosedura uyğun olaraq dövriyyə vərəqəsini hazırlamaq, aidiyyəti struktur bölmələrindən təsdiqləri toplamaq və sənədləşmə prosesini tamamlamaq;
• İşçilərin şəxsi işini formalaşdırmaq, sistemləşdirmək, qeydiyyatını və müvafiq məlumatların aktuallığını təmin etmək;
• Əmək münasibətləri ilə bağlı məlumatların ƏMAS və digər aidiyyəti elektron sistemlərə düzgün və vaxtında daxil edilməsini təmin etmək;
• İşçilərin şəxsi məlumatlarında baş verən dəyişiklikləri müvafiq məlumat bazalarında vaxtında yeniləmək;
• Vakansiyalar üzrə işə qəbul prosesini təşkil etmək: vakansiyanın hazırlanması və elan edilməsi, namizədlərin axtarışı və cəlb olunması, CV-lərin ilkin qiymətləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak etmək;
• Seçilmiş namizədlərin işə qəbul sənədlərinin hazırlanmasını və işə qəbul prosesinin vaxtında tamamlanmasını təmin etmək;
• Yeni işə qəbul olunan əməkdaşların şirkətin daxili qaydaları, iş prinsipləri və vəzifə öhdəlikləri ilə tanışlığını təşkil etmək, adaptasiya prosesini izləmək və nəticələri barədə müvafiq məlumatları hazırlamaq;
• İşçilərin məzuniyyət hüquqlarının və məzuniyyət istifadəsinin uçotunu aparmaq;
• Məzuniyyətlərlə bağlı əmrlərin və digər zəruri sənədlərin hazırlanmasını və düzgün rəsmiləşdirilməsini təmin etmək;
• İşçilərin xəstəlik vərəqələri ilə bağlı sənədləşmə və uçot prosesini həyata keçirmək;
• İşçilərin şəxsi və əmək fəaliyyətinə dair məlumat bazasının aparılmasını, mütəmadi yenilənməsini və məlumatların düzgünlüyünü təmin etmək;
• Kadr axınının (işçi dövriyyəsinin) səbəblərini təhlil etmək, əsas səbəbləri müəyyənləşdirmək və kadr axınının azaldılması ilə bağlı təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
• İşçilərin əmək intizamı, davamiyyəti və HR prosedurlarına riayət olunması ilə bağlı məlumatların toplanmasında və təhlilində iştirak etmək;
• İnsan resurslarının idarə edilməsi ilə bağlı daxili hesabatları, statistik məlumatları və analitik arayışları hazırlamaq;
• Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və HR sənədləşməsi və proseslərində müvafiq dəyişikliklərin tətbiqində iştirak etmək;
• HR auditləri və yoxlamaları zamanı tələb olunan sənədləri və məlumatları hazırlamaq, sənədlərin qanunvericiliyə və şirkətin daxili prosedurlarına uyğunluğunu təmin etmək;
• İşçilərin fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi və izlənilməsi;
• İşçilərin inkişaf planlarının hazırlanması, mentorluq proqramlarının idarə olunması və karyera yüksəlişi proseslərinin tənzimlənməsi;
• İşçilərin ehtiyaclarının müəyyənləşdirilməsi, daxili və xarici təlimlərin təşkil olunması, onboarding (işə adaptasiya) prosesinin təkmilləşdirilməsi;
• Daxili kommunikasiyanın gücləndirilməsi, işçi məmnuniyyətinin artırılması istiqamətində layihələrin həyata keçirilməsi;
• Rəhbərliyin tapşırığına əsasən insan resurslarının idarə edilməsi ilə bağlı digər funksiyaları həyata keçirmək.
Requirements
- İnsan resurslarının idarə edilməsi, kadr inzibatçılığı və ya əlaqəli sahə üzrə ali təhsil;
- HR/Kadr inzibatçılığı sahəsində 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
- ƏMAS və digər elektron HR sistemləri ilə işləmək bacarığı;
- MS Office proqramları, xüsusilə Excel və Word üzrə yaxşı istifadə bacarığı;
- Sənədlərlə işləmə, məlumatların sistemləşdirilməsi və hesabatların hazırlanması bacarığı;
- Analitik düşünmə, diqqətlilik və yüksək məsuliyyətlilik;
- Məxfi məlumatlarla işləmə və konfidensiallığı qoruma bacarığı;
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı.
- Vakansiya növü - Tam ştat
- İmtiyazlar
- Həyat Yığım sığortası
- Korporativ Mühit
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.