İnsan Resursları üzrə mütəxəssis (istehsalat sahəsi)
Vəzifələr:
• İşə qəbul prosesinin (vakansiyanın yerləşdirilməsi, CV-lərin dəyərləndirilməsi, müsahibələrin təşkili və namizədlərlə əlaqənin qurulması) icrasını təmin etmək.
• Əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və əmək müqaviləsinə xitam proseslərini həyata keçirmək.
• Əmək qanunvericiliyinə uyğun HR sənədlərinin hazırlanması və izlənilməsi.
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
• ƏMAS, e-gov və digər müvafiq elektron sistemlərdə əməliyyatları həyata keçirmək.
• İş vaxtının uçotu və davamiyyət məlumatlarının düzgün aparılmasına nəzarət etmək.
• İş yerində intizam pozuntuları üzrə hesabatlar hazırlamaq və rəhbərliyi müvafiq qaydada məlumatlandırmaq.
• HR hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
• İR üzrə daxil olan sorğuları cavablandırmaq və aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək.
Namizəd üçün tələblər:
• Ali təhsilli
• Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
• Microsoft Excel, Microsoft Word komputer proqramlarında sərbəst işləmək bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• İngilis dili və Rus dili bilikərinin olması üstünlükdür.
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
• Nizam-intizamlı, məsuliyyətli olmalı.
• Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
İş şərtləri:
• Əmək haqqı: 800-1000 AZN
• İş yeri: Sumqayıt şəhəri
• Nahar müəssisə tərəfindən təşkil edilir.
• İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü - növbəli)
• Sumqayıt şəhəri və ətraf ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.
Namizədlərdən CV-lərini mövzu yerində “İR üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.