Vacancies
GM

İnsan Resursları və Əmək Haqqı Hesablanması üzrə Mütəxəssis

Grand Motors Company

Namizədə olan tələblər:

• Təhsil: Ali;

• İR əməliyyatları və əmək haqqı hesablanması üzrə 2 il iş təcrübəsi;

• Əmək Qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət);

• Məsuliyyətli, çevik və stressə davamlı olmalı.

Vəzifə öhdəlikləri:

• Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin

hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;

• İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;

• İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;

• Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (sənədlərin yığılması, müqavilələrin imzaladılması, sistemdə qeydiyyatın aparılması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi);

• İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması;

• Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərlik ilə görüşdürülməsi;

• İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);

• Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması;

• Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;

• Hesabatların rəhbərliyə təqdim olunması;

• Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi;

• Əməkdaşlar arasında baş vermiş konfliktlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi;

• Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;

• Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi;

• Müvafiq proqram təminatinda əmək haqqıların, son haqq hesabların , məzuniyyət haqlarının hesablanması və ödənişə göndərilməsi;

• Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılmasının təmin edilməsi.

İş şərtlərimiz:

• Əmək haqqı: müsahibə əsasında;

• İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30);

• Servis xidməti (20 Yanvar, Gənclik və Sumqayıt istiqamətlərinə) ;

• Nahar.

Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Back