İnzibati işlər üzrə mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
• Ofisin və iş mühitinin fasiləsiz fəaliyyətinin təmin edilməsi;
• Ofisin təmir, texniki xidmət və kommunal təminatının təşkil edilməsi;
• Təmizlik, iaşə və ümumi xidmət heyətinin işinin təşkili və koordinasiyası;
• Ezamiyyə, viza, yerləşmə və səfər logistikasının təşkili;
• Qonaqların və xarici nümayəndə heyətlərinin qəbulunun təşkili;
• Nəqliyyat vasitələrinin, sürücülərin və yanacaq təminatının koordinasiyası;
• İlkin texniki dəstək müraciətlərinin əlaqələndirilməsi;
• Xidmət təminatçılarının və inzibati müqavilələrin koordinasiyası;
• Kuryer və göndəriş xidmətlərinin təşkili;
• Arxiv işlərinin təşkili və sənədlərin sistemləşdirilməsi;
• Korporativ tədbirlərin, sərgi və nümayəndəlik fəaliyyətlərinin inzibati-logistik təminatının təşkili;
• İnzibati büdcənin və xərclərin təşkili;
• Təhlükəsizliyin, fəaliyyətin davamlılığının və fövqəladə hallara hazırlığın təmin edilməsinin təşkili;
• İnzibati proseslərin optimallaşdırılması və iş mühitinin səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi.
Səriştə və kvalifikasiya tələbləri:
Təhsil: Ali təhsil.
Təcrübə: Ofis inzibatçılığı, viza və səfərlərin təşkili, logistika və ya əlaqəli sahələr üzrə iş təcrübəsi.
Bilik və bacarıqlar:
• İnzibati proseslərin təşkili və koordinasiyası;
• Logistika və təchizat proseslərinin koordinasiyası;
• Xidmət təminatçıları və inzibati müqavilələrlə iş;
• Ezamiyyə, səfər və qonaq qəbulunun təşkili;
• Büdcə və inzibati xərclərin idarə olunması;
• Əməyin mühafizəsi, təhlükəsizlik və işgüzar protokol üzrə biliklər;
• MS Office proqramlarında işləmək bacarığı.
Şəxsi keyfiyyətlər:
• Hesabatlılıq və məsuliyyətlilik;
• Operativlik və detallara diqqət;
• Yazılı və şifahi ünsiyyət bacarıqları;
• Planlaşdırma və təşkilatçılıq;
• Təşəbbüskarlıq və problem həlletmə;
• Koordinasiya və komanda ilə işləmək bacarığı;
• Stressə davamlılıq və çeviklik;
• Keyfiyyət fokusluluq və işgüzarlıq.
Dil bilikləri:
• Azərbaycan dili – səlis;
• Rus dili – yazılı və şifahi peşəkar səviyyədə;
• İngilis dili – biliklər üstünlükdür.
İş yeri və əmək şəraiti:
• İş yeri: Bakı şəhəri;
• İş qrafiki: 5 günlük iş həftəsi (tam ştat);
• İş şəraiti: Ofis mühiti, normal əmək şəraiti;
• Ezamiyyət: Tələb olunduqda.
Əmək haqqı və təminatlar:
• Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq rəqabətədavamlı səviyyədə müəyyən ediləcək;
• Əlavə inkişaf imkanları təqdim olunur.
CV-lərinizi mövzu hissəsində “İnzibati işlər üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.