Vacancies
IG

Korporativ Satış üzrə Mütəxəssis

ITech Group

iTech Group genişlənən komandası üçün nəticəyönümlü və aktiv Korporativ Satış üzrə Mütəxəssis axtarır.

Əsas tələblər

• Ali təhsil;

• B2B satış sahəsində, xüsusilə İT sektorunda iş təcrübəsi üstünlükdür;

• Azərbaycan dili – yüksək səviyyədə, İngilis dili – orta səviyyədə, və Rus dili arzuolunandır;

• MS Office və CRM sistemləri ilə işləmək bacarığı;

• Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;

• Kommersiya təklifləri və işgüzar yazışmalar hazırlamaq bacarığı;

• Müştəriyönümlü və nəticəyönümlü yanaşma;

• Analitik düşünmə və problem həll etmə bacarığı;

• Müstəqil və komandada işləmək bacarığı;

• Aktiv satış və yeni müştəri axtarışı aparmaq bacarığı;

Responsibilities

  • Yeni korporativ müştərilərin axtarışı və cəlb edilməsi;
  • Mövcud müştərilərlə işgüzar əlaqələrin inkişaf etdirilməsi;
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun İT həllərin təqdim edilməsi;
  • Şəbəkə, telefoniya, təhlükəsizlik, kibertəhlükəsizlik və digər İT həllərinin satışı;
  • Müştəri görüşlərinin, təqdimatların və danışıqların aparılması;
  • Kommersiya təkliflərinin hazırlanması və müştəri ilə razılaşdırılması;
  • Satış prosesinin lead-dən müqaviləyə qədər idarə edilməsi;
  • Mövcud layihələrin və satış imkanlarının inkişaf etdirilməsi;
  • Satış fəaliyyətlərinin Bitrix24 CRM-də tam və vaxtında qeydiyyatı;
  • Satış planının yerinə yetirilməsi və nəticələrə görə məsuliyyət;
  • Müştəri ödənişləri və layihə üzrə sənəd dövriyyəsinin izlənilməsi;
  • Vendor məhsul və həlləri üzrə biliklərin davamlı inkişaf etdirilməsi;
  • Satışdan sonra müştəri ilə əlaqələrin və xidmət səviyyəsinin qorunması.
  • KPI
  • Aylıq və illik satış planın yerinə yetirilməsi
  • Minimum aylıq görüş sayının yerinə yetirilməsi
  • Yeni müştərilərin davamlı artırılması;
  • CRM məlumatlarının tam və vaxtında qeydiyyatı.
  • İş şəraiti
  • Dinamik və inkişaf edən İT şirkətində iş;
  • Əmək müqaviləsi və qanunvericiliyə uyğun rəsmiləşdirmə;
  • 800–1500 AZN əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi;
  • Peşəkar və karyera inkişafı imkanları.
  • Vakansiyaya müraciət üçün CV-nizi “Korporativ Satış üzrə Mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Back