Vacancies
CO

Logistika Departament Müdiri

Company

Responsibilities

  • Məhsulların sifarişi, nəqliyyat vasitələri ilə daşınması, anbara qəbulu və ehtiyatların düzgün idarə olunması proseslərinə ümumi nəzarəti təşkil etmək
  • Təchizat zənciri üzrə bütün mərhələlərin (sifariş, daşınma, qəbul, paylama) koordinasiyası və fasiləsizliyini təmin etmək
  • Məhsullar üzrə gömrük əməliyyatlarının qanunvericiliyə uyğun və operativ şəkildə həyata keçirilməsinə nəzarət etmək
  • Sifarişlərin vaxtında yerləşdirilməsi, izlənilməsi və gecikmələrin qarşısını almaq
  • Mövcud logistik sistemlərinin təhlili, təkmilləşdirilməsi və yeni effektiv sistemlərin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək
  • Logistik proseslərin optimallaşdırılması, xərclərin azaldılması və əməliyyat səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq
  • Logistika ilə bağlı xərclərin analiz etmək, büdcənin planlaşdırmaq və nəzarətdə saxlamaq
  • Anbar və nəqliyyat proseslərinin effektiv idarə olunması üçün performans göstəricilərini (KPI) müəyyən etmək və izləmək
  • Şöbə əməkdaşlarının işinin təşkili, tapşırıqların bölüşdürülməsi və gündəlik fəaliyyətə nəzarət etmək
  • Komandanın inkişafı, motivasiyası və peşəkar bacarıqlarının artırılması istiqamətində tədbirlər görmək
  • Digər şöbələrlə (satınalma, satış, maliyyə və s.) sıx əməkdaşlıq etmək
  • Namizədə tələblər:
  • Logistika, təchizat zənciri və ya əlaqəli sahədə Ali təhsil
  • Reatil sahəsində ən azı 5-7 iş il təcrübəsi olmalı.
  • Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə biliklər.
  • Yüksək idarəçilik və ünsiyyət qabiliyyətinə sahib olmalı.
  • Araşdırma və analiz bacarığı
  • Digər məlumatlar:
  • Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
  • Yanacaq kartı
  • Nahar ilə təminat
  • Könüllü tibbi sığorta paketi
  • Korporativ mobil nömrə və aylıq danışıq limiti
  • Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Logistika Departament Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Back