CO
Logistika Departament Müdiri
Company
Responsibilities
- Məhsulların sifarişi, nəqliyyat vasitələri ilə daşınması, anbara qəbulu və ehtiyatların düzgün idarə olunması proseslərinə ümumi nəzarəti təşkil etmək
- Təchizat zənciri üzrə bütün mərhələlərin (sifariş, daşınma, qəbul, paylama) koordinasiyası və fasiləsizliyini təmin etmək
- Məhsullar üzrə gömrük əməliyyatlarının qanunvericiliyə uyğun və operativ şəkildə həyata keçirilməsinə nəzarət etmək
- Sifarişlərin vaxtında yerləşdirilməsi, izlənilməsi və gecikmələrin qarşısını almaq
- Mövcud logistik sistemlərinin təhlili, təkmilləşdirilməsi və yeni effektiv sistemlərin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək
- Logistik proseslərin optimallaşdırılması, xərclərin azaldılması və əməliyyat səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq
- Logistika ilə bağlı xərclərin analiz etmək, büdcənin planlaşdırmaq və nəzarətdə saxlamaq
- Anbar və nəqliyyat proseslərinin effektiv idarə olunması üçün performans göstəricilərini (KPI) müəyyən etmək və izləmək
- Şöbə əməkdaşlarının işinin təşkili, tapşırıqların bölüşdürülməsi və gündəlik fəaliyyətə nəzarət etmək
- Komandanın inkişafı, motivasiyası və peşəkar bacarıqlarının artırılması istiqamətində tədbirlər görmək
- Digər şöbələrlə (satınalma, satış, maliyyə və s.) sıx əməkdaşlıq etmək
- Namizədə tələblər:
- Logistika, təchizat zənciri və ya əlaqəli sahədə Ali təhsil
- Reatil sahəsində ən azı 5-7 iş il təcrübəsi olmalı.
- Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə biliklər.
- Yüksək idarəçilik və ünsiyyət qabiliyyətinə sahib olmalı.
- Araşdırma və analiz bacarığı
- Digər məlumatlar:
- Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
- Yanacaq kartı
- Nahar ilə təminat
- Könüllü tibbi sığorta paketi
- Korporativ mobil nömrə və aylıq danışıq limiti
- Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Logistika Departament Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər