Vacancies
ST

Mal-material üzrə mühasib

Strata

Şirkətimiz “Mal-material üzrə mühasib” vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumatlar:

• Əmək haqqı: 1500-2000 AZN (müsahibə əsasında müəyyənləşəcək);

• 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;

• Korporativ nömrə ilə təmin olunma;

• Nahar şirkət tərəfindən verilir;

• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;

• Vakansiya növü - tam ştat;

• Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.

İşin Təsviri:

• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;

• Müvafiq sənəd əsasında anbara mədaxil olunan mal-materialları uğun mühasibat uçotu registrinə (1C) əlavə etmək;

• Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;

• Mal-material alışı ilə bağlı gündəlik və aylıq hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;

• Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;

• Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək;

• Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək;

• Anbar sayımı və stok nəzarətini həyata keçirmək;

• Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və  mənimsənilməsi haqqında sənədləri tərtib etmək;

• Daxil olan pul vəsaitlərinin, mal-material və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak etmək;

• Anbar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması;

• Sənədlərin müvafiq formada təqdim olunmasına nəzarət etmək və uyğun qaydada arxivləşdirmək.

Requirements

  • Maliyyə, mühasibat və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil;
  • Tikinti sahəsi üzrə 3 ildən yuxarı iş təcrübəsi;
  • 1C (8.3) və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmə bacarığı;
  • Xarici dillər: Rus dili və İngilis dili arzuolunandır;
  • Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı;
  • Satış və anbar arasındakı koordinasiyasını bilməli;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Mal-material üzrə mühasib” qeyd etməklə göndərə bilərsiniz.
Back