Mal-material üzrə mühasib
Şirkətimiz “Mal-material üzrə mühasib” vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumatlar:
• Əmək haqqı: 1500-2000 AZN (müsahibə əsasında müəyyənləşəcək);
• 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;
• Korporativ nömrə ilə təmin olunma;
• Nahar şirkət tərəfindən verilir;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
• Vakansiya növü - tam ştat;
• Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.
İşin Təsviri:
• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
• Müvafiq sənəd əsasında anbara mədaxil olunan mal-materialları uğun mühasibat uçotu registrinə (1C) əlavə etmək;
• Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
• Mal-material alışı ilə bağlı gündəlik və aylıq hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
• Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
• Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək;
• Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
• Anbar sayımı və stok nəzarətini həyata keçirmək;
• Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədləri tərtib etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak etmək;
• Anbar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması;
• Sənədlərin müvafiq formada təqdim olunmasına nəzarət etmək və uyğun qaydada arxivləşdirmək.
Требования
- Maliyyə, mühasibat və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil;
- Tikinti sahəsi üzrə 3 ildən yuxarı iş təcrübəsi;
- 1C (8.3) və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmə bacarığı;
- Xarici dillər: Rus dili və İngilis dili arzuolunandır;
- Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı;
- Satış və anbar arasındakı koordinasiyasını bilməli;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Mal-material üzrə mühasib” qeyd etməklə göndərə bilərsiniz.