Marketinq layihələrinin idarə edilməsi üzrə mütəxəssis
Vəzifə tələbləri
• Layihənin məqsəd və hədəflərini müəyyənləşdirmək, əhatə dairəsini, büdcəsini, zaman cədvəlini və resurs tələblərini hazırlamaq;
• Vendor və partnyorlar ilə işin təşkili, aparilmiş işin analizi və reportların hazırlanması. Tələb olunan işin daxili komandalar və podratçı şirkətlər ilə təşkil etmək.
• Partnyorlar və vendorlar arasında effektiv kommunikasiyanı təmin etmək, planlanmış işin aidiyyatı tərəflər ilə uyğun formatda həyata keçirilməsini izləmək;
• Şirkət daxili aidiyyatı tərəflər ilə layihələrin aparılması, izlanməsi və təşkilini təmin etmək. Dəyişikliklərə operativ iş planı hazırlamaq və təqib etmək
• Daxili brendlərin layihələrinin təşkili və nəzarəti. Ümumi brend tanınırlığının təşviqi üzrə addımların təklifi və icrası.
• Layihələrin icrasına nəzarət etmək və zaman cədvəlindəki irəliləyişi izləmək;
• Layihələrin bütün mərhələləri üzrə keyfiyyət standartlarının qorunmasına nəzarət etmək;
• Layihələr ilə bağlı yaranan problemlərin həlli və mübahisəli məsələlərin idarə edilməsi;
• Layihənin risklərini müəyyən etmək və onları azaltmaq üçün strategiyalar hazırlamaq;
• Layihənin irəliləyişi haqqında daxili komandaya və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
• Layihə başa çatdıqdan sonra yekun hesabat hazırlamaq, layihənin nəticələrini qiymətləndirmək və gələcək layihələr üçün tövsiyələr hazırlamaq.
Responsibilities
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi olmalı;
- Microsoft Office və Google alətlərindən (Sheets, Docs və Slides tipli köməkçi proqramlar) sərbəst işləməli;
- Analitik düşünmə tərzi, ünsiyyətcil olmalı və təqdimat bacarmalı;
- Strateji planlaşdırma və problemləri həll etməli;
- Operativ və düzgün qərar verməyi bacarmalı;
- Problemləri həll etmə bacarığı olmalı;
- Layihə idarəetmə alətləri (məsələn, Trello, Bitrix24) üzrə baza bilikləri;
- Azərbaycan dili səlis, orta səviyyədə ingilis və rus dili biliyi arzuolunandır:
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.