Vacancies
TG

Marketinq və Satışın İnkişafı üzrə Mütəxəssis

Titan Group

Əsas vəzifələr:

• Şirkətin marketinq və satış strategiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;

• Satışların artırılması məqsədilə marketinq layihələri və kampaniyalar hazırlamaq;

• Bazar, müştəri tələbatı və rəqiblər üzrə araşdırmalar aparmaq;

• Yeni müştəri və bazar seqmentlərini müəyyənləşdirmək;

• Şirkətin məhsul və xidmətlərinin bazarda tanıdılması və mövqeləndirilməsi üzrə fəaliyyət göstərmək;

• Rəqəmsal marketinq və sosial media kanalları üzrə satışyönümlü fəaliyyətlərin təşkilində iştirak etmək;

• Reklam və tanıtım kampaniyalarının effektivliyini analiz etmək;

• Potensial müştərilərin cəlb olunması üçün yeni marketinq alətləri və satış kanalları araşdırmaq;

• Müştəri davranışlarını və bazar trendlərini təhlil etmək;

• Marketinq fəaliyyətlərinin satış nəticələrinə təsirini ölçmək və hesabatlar hazırlamaq;

• Satış və marketinq komandası ilə koordinasiyalı işləmək;

• Şirkətin brendinin və bazardakı tanınmışlığının artırılması istiqamətində təkliflər vermək.

Requirements

  • Ali təhsil — Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr;
  • Marketinq və ya satış sahəsində 2–3 il iş təcrübəsi;
  • Marketinq strategiyalarının hazırlanması və tətbiqi üzrə anlayış;
  • Bazar və rəqib analizlərini aparmaq bacarığı;
  • Rəqəmsal marketinq və sosial media alətləri üzrə bilik;
  • Satışyönümlü marketinq yanaşmasına sahib olmaq;
  • Analitik düşüncə və məlumatlarla işləmək bacarığı;
  • Yaradıcı və təşəbbüskar olmaq;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Nəticəyönümlü və məsuliyyətli olmaq.
  • Dil bili arzu olunandı
  • İş şəraiti:
  • İş yeri: Suraxanı rayonu, Binə qəsəbəsi
  • İş qrafiki: 5 günlük, 08:30–17:30
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Servis şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: müsahibə əsasında
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Back