Məlumat Mərkəzi üzrə Mütəxəssis
"SAMT" MMC-də "Məlumat Mərkəzi üzrə Mütəxəssis " vakansiyası mövcuddur.
İş yeri: Sumqayıt / Xızı
Əsas öhdəliklər:
• Məlumat mərkəzinə daxil olan müraciətlərin telefon, e-mail və digər kanallar vasitəsilə qəbul edilməsi;
• Müştərilərə məhsul, xidmət və prosedurlar barədə düzgün və ətraflı məlumat verilməsi;
• Müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi və sistemdə qeydiyyata alınması;
• Müştəri sorğularının operativ şəkildə cavablandırılması və həllinin izlənilməsi;
• Müraciətlər üzrə hesabatların hazırlanmasında iştirak;
• Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılmasına dəstək göstərilməsi.
Tələblər:
• Ali və ya orta ixtisas təhsili;
• Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
• Rus və/və ya ingilis dili biliyi orta səviyyədə;
• MS Office proqramları ilə işləmək bacarığı;
• Güclü ünsiyyət və dinləmə bacarığı;
• Müştəriyönümlülük, məsuliyyətlilik və operativlik;
• Stressli vəziyyətlərdə işləmək bacarığı;
• Məlumatları düzgün və aydın şəkildə təqdim etmək bacarığı.
Şirkət tərəfindən verilən imtiyazlar:
• Nahar;
• Könüllü tibbi sığorta;
• Servis nəqliyyatı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məlumat Mərkəzi üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.