Vacancies
AF

Mütəxəssis (Təftiş üzrə)

ATS Food

İş yeri: Şəmkir şəhəri

Vəzifə öhdəliyi:

• Təşkilat üzrə satış həyata keçirilən nöqtələrdə müştərilərin borc qalıqlarını yoxlamaq və daim izləmək;

• Müştərilərin satış dövriyyəsini analiz etmək, riskli müştəriləri müəyyənləşdirmək və zəruri hallarda yerində yoxlamalar aparmaq;

• Müştərilərlə üzləşmələr həyata keçirmək, kənarlaşmaları müəyyənləşdirmək və sənədləşdirmək;

• Aşkar edilmiş kənarlaşmalar barədə məlumat təqdim etmək, səbəblərini araşdırmaq və gələcəkdə təkrarlanmaması üçün tövsiyələr vermək;

• Fərqlərlə bağlı cavabdeh şəxslərdən izahat almaq;

• Periodik və qəfil anbar sayımlarını həyata keçirmək;

• ERP sistemindəki anbar qalıqlarını əldə etmək və faktiki qalıqlarla üzləşdirmək;

• Anbar sayımlarını etmək və aşkar edilmiş kənarlaşmaları müəyyənləşdirmək, sənədləşdirmək və səbəblərini araşdırmaq;

• Utilizasiya prosesinə nəzarət etmək, utilizasiya anbarında olan qalıqları faktiki sayımlarla və ERP məlumatları ilə üzləşdirmək;

• Utilizasiya edilmiş məhsulların faktiki sayı barədə məlumat təqdim etmək və aşkar edilmiş fərqlərin səbəblərini araşdırmaq;

• Periodik və qəfil kassa sayımlarını həyata keçirmək, ERP sistemindəki kassa qalıqları ilə faktiki qalığı üzləşdirmək;

• Təşkilata məxsus avtonəqliyyat vasitələrinin vəziyyətini və istifadəsini yoxlamaq, müəyyən edilmiş uyğunsuzluqları sənədləşdirmək;

• Şirkətin əsas vəsaitlərinin periodik və qəfil sayımlarını həyata keçirmək;

• Əsas vəsaitlərinin sayımını həyata keçirmək, faktiki mövcudluğunu uçot məlumatları ilə üzləşdirmək və kənarlaşmaları müəyyənləşdirmək;

• Aparılmış yoxlama və sayımların nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;

• Aşkar edilmiş uyğunsuzluqların gələcəkdə təkrarlanmaması üçün müvafiq təklif və tövsiyələr hazırlamaq.

Requirements

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat, Maliyyə və mühasibatlıq və ya əlaqəli istiqamətlər);
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramlarında (Exel, Word, Power Point, Outlook) işləmək bacarığı;
  • Azərbaycan dili (əla);
  • Sürücülük vəsiqəsi.
  • Şəxsi nəqliyyat vasitəsinin olması mütləqdir!
  • İş Qrafiki:
  • 5 günlük qrafik
  • İş saatları: 09:00-18:00
  • Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir
  • Üstünlüklərimiz:
  • Nahar
  • Servis
  • Könüllü tibbi sığorta
  • Tələblərə cavab verən namizədlər öz CV-lərini “Mütəxəssis (Təftiş üzrə)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Back