Mütəxəssis (Təftiş üzrə)
İş yeri: Şəmkir şəhəri
Vəzifə öhdəliyi:
• Təşkilat üzrə satış həyata keçirilən nöqtələrdə müştərilərin borc qalıqlarını yoxlamaq və daim izləmək;
• Müştərilərin satış dövriyyəsini analiz etmək, riskli müştəriləri müəyyənləşdirmək və zəruri hallarda yerində yoxlamalar aparmaq;
• Müştərilərlə üzləşmələr həyata keçirmək, kənarlaşmaları müəyyənləşdirmək və sənədləşdirmək;
• Aşkar edilmiş kənarlaşmalar barədə məlumat təqdim etmək, səbəblərini araşdırmaq və gələcəkdə təkrarlanmaması üçün tövsiyələr vermək;
• Fərqlərlə bağlı cavabdeh şəxslərdən izahat almaq;
• Periodik və qəfil anbar sayımlarını həyata keçirmək;
• ERP sistemindəki anbar qalıqlarını əldə etmək və faktiki qalıqlarla üzləşdirmək;
• Anbar sayımlarını etmək və aşkar edilmiş kənarlaşmaları müəyyənləşdirmək, sənədləşdirmək və səbəblərini araşdırmaq;
• Utilizasiya prosesinə nəzarət etmək, utilizasiya anbarında olan qalıqları faktiki sayımlarla və ERP məlumatları ilə üzləşdirmək;
• Utilizasiya edilmiş məhsulların faktiki sayı barədə məlumat təqdim etmək və aşkar edilmiş fərqlərin səbəblərini araşdırmaq;
• Periodik və qəfil kassa sayımlarını həyata keçirmək, ERP sistemindəki kassa qalıqları ilə faktiki qalığı üzləşdirmək;
• Təşkilata məxsus avtonəqliyyat vasitələrinin vəziyyətini və istifadəsini yoxlamaq, müəyyən edilmiş uyğunsuzluqları sənədləşdirmək;
• Şirkətin əsas vəsaitlərinin periodik və qəfil sayımlarını həyata keçirmək;
• Əsas vəsaitlərinin sayımını həyata keçirmək, faktiki mövcudluğunu uçot məlumatları ilə üzləşdirmək və kənarlaşmaları müəyyənləşdirmək;
• Aparılmış yoxlama və sayımların nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Aşkar edilmiş uyğunsuzluqların gələcəkdə təkrarlanmaması üçün müvafiq təklif və tövsiyələr hazırlamaq.
Requirements
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat, Maliyyə və mühasibatlıq və ya əlaqəli istiqamətlər);
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında (Exel, Word, Power Point, Outlook) işləmək bacarığı;
- Azərbaycan dili (əla);
- Sürücülük vəsiqəsi.
- Şəxsi nəqliyyat vasitəsinin olması mütləqdir!
- İş Qrafiki:
- 5 günlük qrafik
- İş saatları: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir
- Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
- Tələblərə cavab verən namizədlər öz CV-lərini “Mütəxəssis (Təftiş üzrə)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.