Operator
Vəzifələr və məsuliyyətlər
• Şirkətin müşətri bazasındakı nömrələrlə əlaqə saxlayaraq, eyni zamanda şirkətə daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat vermək;
• Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq.
• Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək.
• Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək.
• Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək.
• Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək.
• Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq.
• Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi.
• Sayt üzərindən olunan müraciətlərin cavablandırılması.
Tələb edilən bacarıqlar və təhsil
• Ali və ya orta ixtisas təhsili.
• Yüksək ünsiyyət bacarıqları.
• Problem həll etmə qabiliyyəti.
• Müştəri məmnuniyyətini təmin etmə bacarığı.
• Müvafiq texniki biliklər və məhsullar barədə məlumat.
• Komanda ilə işləmək qabiliyyəti.
• Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı.
• Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir.
• Mükəmməl Azərbaycan dilində ünsiyyət bacarığı, Rus və İngilis dilləri arzuolunandır.
İş saatları və əmək şərtləri
• Bir həfətlik təcrübə proqramını keçən şəxslərlə AR Qanunvericliyinə əsasən əmək müqaviləsi bağlanır
• İş qrafiki: 5 günlük iş qrafiki (09:00-18:00 və ya 10:00-19:00); İstirahət günləri: 2 gün.
• İş yeri: Bakı şəhəri, H.Əliyev pr.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya yakamozprodaction@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.