Вакансии
YP

Operator

Yakamoz Production MMC

Vəzifələr və məsuliyyətlər

• Şirkətin müşətri bazasındakı nömrələrlə əlaqə saxlayaraq, eyni zamanda şirkətə daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat vermək;

• Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq.

• Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək.

• Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək.

• Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək.

• Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək.

• Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq.

• Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi.

• Sayt üzərindən olunan müraciətlərin cavablandırılması.

Tələb edilən bacarıqlar və təhsil

• Ali və ya orta ixtisas təhsili.

• Yüksək ünsiyyət bacarıqları.

• Problem həll etmə qabiliyyəti.

• Müştəri məmnuniyyətini təmin etmə bacarığı.

• Müvafiq texniki biliklər və məhsullar barədə məlumat.

• Komanda ilə işləmək qabiliyyəti.

• Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı.

• Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir.

• Mükəmməl Azərbaycan dilində ünsiyyət bacarığı, Rus və İngilis dilləri arzuolunandır.

İş saatları və əmək şərtləri

• Bir həfətlik təcrübə proqramını keçən şəxslərlə AR Qanunvericliyinə əsasən əmək müqaviləsi bağlanır

• İş qrafiki: 5 günlük iş qrafiki (09:00-18:00 və ya 10:00-19:00); İstirahət günləri: 2 gün.

• İş yeri: Bakı şəhəri, H.Əliyev pr.

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya yakamozprodaction@gmail.com  elektron poçt ünvanına göndərə bilərlər.

Назад
YP
Operator
Yakamoz Production MMC
Откликнуться
Опубликовано: 17 августа 2026
Дедлайн: 17 сентября 2026
Компания Yakamoz Production MMC
ID источника 148609
Просмотры 4

Detail.Share