Vacancies
BC

Procurement Manager (Satınalma Meneceri)

BMY Caspian MMC

Qeyd - Tikinti sahəsində təcrübə mütləqdir.

İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18:00

Əsas vəzifələr

• Tikinti layihələri üzrə material, avadanlıq və xidmətlərin satınalma prosesini planlamaq və idarə etmək;

• Yerli və xarici təchizatçılarla qiymət və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;

• Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və etibarlı təchizatçı bazasının formalaşdırılması;

• Kommersiya təkliflərini təhlil etmək, qiymət, keyfiyyət və çatdırılma müddətinə əsasən ən uyğun seçimləri təqdim etmək;

• Satınalma sifarişlərinin hazırlanmasına, icrasına və vaxtında çatdırılmasına nəzarət etmək;

• Müqavilələrin hazırlanması və icrasını əlaqələndirmək;

• Satınalma büdcəsinin səmərəli idarə olunmasına və xərclərin optimallaşdırılmasına dəstək vermək;

• Layihə, anbar, maliyyə və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;

• Satınalma fəaliyyəti üzrə müntəzəm hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Requirements

  • İnşaat sektorunda Procurement Manager və ya Satınalma Meneceri kimi minimum 3 il iş təcrübəsi;
  • Yerli və beynəlxalq satınalma prosesləri üzrə praktiki bilik və təcrübə;
  • Təchizatçılarla danışıqlar aparmaq və müqavilələrin idarə edilməsi sahəsində təcrübə;
  • Tikinti materialları, avadanlıqları və təchizat bazarı haqqında yaxşı bilik;
  • İngilis və Rus dillərini sərbəst səviyyədə bilmək (hər iki dil üzrə bilik mütləqdir);
  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
  • Analitik düşünmə, liderlik, planlama və qərarvermə bacarığı;
  • Əvvəlki iş yerləri üzrə referansların təqdim edilməsi mütləqdir.
  • Təklif edirik
  • Əmək haqqı: 1,500–2,000 AZN (namizədin bilik və təcrübəsinə uyğun qiymətləndirilə bilər);
  • Performans göstəricilərinə əsaslanan bonus sistemi;
  • Həftədə 5 iş günü (09:00–18:00);
  • Müasir və inkişaf edən şirkətdə uzunmüddətli karyera imkanı;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Dinamik və peşəkar komandada çalışma imkanı.
  • Qeyd: CV-də əvvəlki iş yerləri üzrə referans şəxslərin adı, vəzifəsi və əlaqə məlumatlarının qeyd olunması mütləqdir.
  • Uyğun namizədlərdən CV-lərini Satınalma Meneceri - Procurement Manager  başlığı (subject hissədə vakansiya adı mütləq yazılmalıdır) ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Back