Procurement Manager (Satınalma Meneceri)
Qeyd - Tikinti sahəsində təcrübə mütləqdir.
İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18:00
Əsas vəzifələr
• Tikinti layihələri üzrə material, avadanlıq və xidmətlərin satınalma prosesini planlamaq və idarə etmək;
• Yerli və xarici təchizatçılarla qiymət və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;
• Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və etibarlı təchizatçı bazasının formalaşdırılması;
• Kommersiya təkliflərini təhlil etmək, qiymət, keyfiyyət və çatdırılma müddətinə əsasən ən uyğun seçimləri təqdim etmək;
• Satınalma sifarişlərinin hazırlanmasına, icrasına və vaxtında çatdırılmasına nəzarət etmək;
• Müqavilələrin hazırlanması və icrasını əlaqələndirmək;
• Satınalma büdcəsinin səmərəli idarə olunmasına və xərclərin optimallaşdırılmasına dəstək vermək;
• Layihə, anbar, maliyyə və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
• Satınalma fəaliyyəti üzrə müntəzəm hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Requirements
- İnşaat sektorunda Procurement Manager və ya Satınalma Meneceri kimi minimum 3 il iş təcrübəsi;
- Yerli və beynəlxalq satınalma prosesləri üzrə praktiki bilik və təcrübə;
- Təchizatçılarla danışıqlar aparmaq və müqavilələrin idarə edilməsi sahəsində təcrübə;
- Tikinti materialları, avadanlıqları və təchizat bazarı haqqında yaxşı bilik;
- İngilis və Rus dillərini sərbəst səviyyədə bilmək (hər iki dil üzrə bilik mütləqdir);
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə, liderlik, planlama və qərarvermə bacarığı;
- Əvvəlki iş yerləri üzrə referansların təqdim edilməsi mütləqdir.
- Təklif edirik
- Əmək haqqı: 1,500–2,000 AZN (namizədin bilik və təcrübəsinə uyğun qiymətləndirilə bilər);
- Performans göstəricilərinə əsaslanan bonus sistemi;
- Həftədə 5 iş günü (09:00–18:00);
- Müasir və inkişaf edən şirkətdə uzunmüddətli karyera imkanı;
- Peşəkar inkişaf və təlim imkanları;
- Dinamik və peşəkar komandada çalışma imkanı.
- Qeyd: CV-də əvvəlki iş yerləri üzrə referans şəxslərin adı, vəzifəsi və əlaqə məlumatlarının qeyd olunması mütləqdir.
- Uyğun namizədlərdən CV-lərini Satınalma Meneceri - Procurement Manager başlığı (subject hissədə vakansiya adı mütləq yazılmalıdır) ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.