Vacancies
BI

Project Coordinator

Business Insight International Research Group

“Business Insight” şirkətinin Müştəri Loyallığı Departamentində “Project Coordinator” vəzifəsi üzrə  aktiv vakansiya var.

Tələblərimiz:

• Kişi namizədlər;

• Ali təhsil;

• Yaş həddi: 25-35;

• Microsoft proqramlarında işləmək bacarığı;

• Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı;

• Müştəri loyallığı və mobil tətbiq layihələrində təcrübə arzuolunandır;

• Komandada işləmək bacarığı;

• Ölkədaxili ezamiyyətlərə açıq olmaq.

• Təşəbbüskarlığın, özgüvənin və çalışma istəyinin yüksək olması.

İş öhdəlikləri:

• Tədbirlərin təşkil olunması və idarəolunması;

• Tədbirlərdə məruzələrin və çıxışların olunması;

• Layihə mərhələlərinin və resursların idarəolunması;

• Bölgə üzrə təyin olunmuş nümayəndələrlə əlaqə saxlamaq, mövcud vəziyyətlə maraqlanmaq;

• Layihələrin idarəolunması zamanı, zəruri hallarda part-time əməkdaşların cəlb olunması və işlərinə nəzarət;

• Müştəri loyallığı layihəsində koordinasiyanın və kommunikasiyanın effketiv  təşkil olunması;

• Layihənin inkişafı və regional olaraq böyüdülməsi məqsədilə, səfərlərin təşkil olunması və ezamiyyətlər;

• Müştərilərlə və dilerlərlə görüşlərin təşkil olunması və birbaşa işitrak;

• Layihəyə yeni müştərilərin cəlb olunması;

• Görülən işlərə və icra olunmuş layihələrə dair hesabatların rəhbərliyə təqdim olunması.

İş şəraiti:

• Öyrədici və inkişafameyilli iş mühiti.

• Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;

• İş vaxtı həftədə 6 gün;

• Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərin CV-ləri nəzərdən keçiriləcək. Tələblərə uyğun olmayan namizədlərdən CV göndərməmələri xahiş olunur.

Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Project Coordinator” başlığı altında göndərə bilərlər.

Back