Project Coordinator
“Business Insight” şirkətinin Müştəri Loyallığı Departamentində “Project Coordinator” vəzifəsi üzrə aktiv vakansiya var.
Tələblərimiz:
• Kişi namizədlər;
• Ali təhsil;
• Yaş həddi: 25-35;
• Microsoft proqramlarında işləmək bacarığı;
• Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı;
• Müştəri loyallığı və mobil tətbiq layihələrində təcrübə arzuolunandır;
• Komandada işləmək bacarığı;
• Ölkədaxili ezamiyyətlərə açıq olmaq.
• Təşəbbüskarlığın, özgüvənin və çalışma istəyinin yüksək olması.
İş öhdəlikləri:
• Tədbirlərin təşkil olunması və idarəolunması;
• Tədbirlərdə məruzələrin və çıxışların olunması;
• Layihə mərhələlərinin və resursların idarəolunması;
• Bölgə üzrə təyin olunmuş nümayəndələrlə əlaqə saxlamaq, mövcud vəziyyətlə maraqlanmaq;
• Layihələrin idarəolunması zamanı, zəruri hallarda part-time əməkdaşların cəlb olunması və işlərinə nəzarət;
• Müştəri loyallığı layihəsində koordinasiyanın və kommunikasiyanın effketiv təşkil olunması;
• Layihənin inkişafı və regional olaraq böyüdülməsi məqsədilə, səfərlərin təşkil olunması və ezamiyyətlər;
• Müştərilərlə və dilerlərlə görüşlərin təşkil olunması və birbaşa işitrak;
• Layihəyə yeni müştərilərin cəlb olunması;
• Görülən işlərə və icra olunmuş layihələrə dair hesabatların rəhbərliyə təqdim olunması.
İş şəraiti:
• Öyrədici və inkişafameyilli iş mühiti.
• Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
• İş vaxtı həftədə 6 gün;
• Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərin CV-ləri nəzərdən keçiriləcək. Tələblərə uyğun olmayan namizədlərdən CV göndərməmələri xahiş olunur.
Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Project Coordinator” başlığı altında göndərə bilərlər.