Qrafik və Motion Dizayn üzrə Mentor (Təcrübəçi)
Basic Academy dizayn sahəsində özünü inkişaf etdirmək və təcrübə qazanmaq istəyən gənclər üçün möhtəşəm fürsət elan edir!
Kursu yeni bitirmisinizsə və aşağıdakı proqramlar üzrə bazanız varsa, təcrübənizin olması mütləq deyil:
Tələb olunan proqramlar:
• Adobe Photoshop
• Adobe Illustrator
• InDesign
• After Effects
• Media Encoder
Mentorun öhdəlikləri:
• Əyani və ya onlayn dərslərdə müəllimə dəstək olmaq
• Tələbələrin suallarını cavablandırmaq
• Proqramların quraşdırılmasında (yüklənməsində) tələbələrə köməklik göstərmək
Sizə nə təklif edirik?
• Canlı dərslərdə iştirak edərək real praktiki təcrübə
• Biliklərinizi möhkəmləndirmək imkanı
• Proqramı uğurla başa vuranlara Xüsusi Sertifikat
Təcrübə proqramı ödənişsizdir (əyani və ya onlayn formatda).
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya birbaşa şəxsi mesaj bölməsinə yaza bilərsiniz!