Seçim və yerləşdirmə bölməsinin rəhbəri
Vəzifə funksiyaları
I. Strateji idarəetmə və planlaşdırma
• Bankın illik/rüblük işəgötürmə strategiyasını hazırlayır, biznes məqsədləri ilə uzlaşdırır;
• Əsas KPI-ları (İşə qəbul müddəti, İşə qəbulun keyfiyyəti, sınaq müddətini keçmə faizi, Erkən işdən çıxma faizi) müəyyən edir və icrasına məsuliyyət daşıyır;
• İşəgötürmə kanallarının effektivliyini analiz edir, büdcə bölgüsünü optimallaşdırır;
• Kadr Rezervi bazasının formalaşdırılması üzrə strategiya hazırlayır.
II. Komanda idarəetməsi
• Şöbə əməkdaşlarının iş bölgüsünü və fərdi KPI-larını müəyyən edir, icrasını qiymətləndirir;
• Daxili prosedur və təlimatları hazırlayır/təkmilləşdirir;
• Adaptasiya proqramının effektivliyini ölçür və nəticələr əsasında düzəlişlər edir.
III. Proses və nəticələrin idarə edilməsi
• Vakansiyaların icra sürəti və keyfiyyətinə monitorinq aparır, gecikmələri bölmə rəhbərləri ilə əlaqələndirir;
• işə qəbul piramidasının (Recruitment Funnel) konversiyasını izləyir, darboğazlar üçün təkliflər verir;
• Namizəd təcrübəsi sorğularını təşkil edir və nəticələrə uyğun düzəlişlər edir;
• Tərəfdaşlarla (agentliklər, universitetlər) əməkdaşlığı və Employer Branding tədbirlərini illik qiymətləndirir.
IV. Hesabatlıq və nəzarət
• Rəhbərliyə rüblük/illik analitik hesabat təqdim edir;
• CV bazasının aktuallığına, doğruluğuna və məxfiliyinə nəzarət edir;
• Tələb blanklarının vaxtında icrasına və sənədləşmənin qanunvericiliyə uyğunluğuna nəzarət edir;
• Daxili audit zamanı tələb olunan məlumatların təqdimatını təmin edir.
Vəzifəyə dair tələblər
• İşə qəbul üzrə 5 il və daha çox iş təcrübəsinin olması
• Sahəsi üzrə rəhbər vəzifədə 1-3 il iş təcrübəsinin olması
• MS Excel - Yüksək
• Əmək məcəlləsi və bank fəaliyyəti ilə bağlı qanunvericiliyi bilməsi, işçi seçiminin planlaşdırılması, kadr işləri ilə əlaqədar əsasnamə, təlimat və digər rəhbər sənədlərlə tanış olması;
• Azərbaycan, Rus və İngilis dili biliklərinin yüksək səviyyədə olması.
• Yumşaq bacarıqlar: Nəticəyönümlülük, Detallara diqqət,İşi tətbiq etmə, Danışıq aparma, Planlama və təşkiletmə, Təşkilatı anlama, Qətiyyətlilik
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.