Təlimçi
Əsas vəzifə öhdəlikləri:
• Şirkətin inkişaf ehtiyaclarını müəyyənləşdirilməsi və bu ehtiyaclara uyğun inkişaf proqramlarının hazırlanması;
• “Avrora Akademiya”nın strategiyasına istinad edərək inkişaf proqramlarına uyğun təlim materialları, təqdimatlar, video dərslər, testlər və qiymətləndirmə alətlərinin hazırlanması və mütəmadi yeniləməsi;
• Restoran şəbəkələri üçün zəruri olan qida təhlükəsizliyi, gigiyena, xidmət standartları, müştəri məmnuniyyəti, satış texnikaları üzrə əməkdaşların təlimləndirilməsi;
• Təlim iştirakçıları, davamiyyət, qiymətləndirmə nəticələri və digər göstəricilər üzrə hesabatlılığın aparılması;
• Təlimlərin effektivliyinin qiymətləndirilməsi və prosesin inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanması və icrasına nəzarət edilməsi;
• Şirkətin əməliyyat standartlarında və xidmət qaydalarında baş verən yeniliklərin təlim materiallarına inteqrasiyası və əməkdaşlara çatdırılması;
• Restoranlara yeni işə qəbul olunmuş əməkdaşların ilk iş günü təlimlərinin keçirilməsi;
• Təlimdə iştirak etmiş əməkdaşların təlimdən sonrakı fəaliyyətinin izlənilməsi və dövri hesabatların hazırlanması;
• Restoranlara mütəmadi səfərlər edərək əməliyyat standartlarının tətbiqinin müşahidə edilməsi, yerində kouçinq və inkişaf dəstəyinin göstərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
• MS Office proqramları üzrə biliklər;
• Powerpoint, Canva və digər təqdimat proqramları üzrə yüksək biliklər;
• TOT sertifikatı üstünlükdür;
• Kommunikasiya bacarığı;
• Planlama və təşkiletmə bacarığı;
• Təqdimat bacarığı;
• Dəyişikliklərin idarə edilməsi bacarığı;
• Komanda ilə işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
• Təhsil: Ali təhsil;
• İş təcrübəsi: Min.2 il (Restoran sahəsi üzrə)
İş şərtlərimiz:
• İş qrafiki: Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri: Aşıq Molla Cümə küç.,46C
Biz nə təklif edirik:
• Əmək bazarında rəqabətli əməkhaqqı;
• Peşəkar komanda mühiti;
• Şirkət hesabına korporativ nömrə;
• Nahar təminatı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təlimçi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.