Вакансии
AV

Təlimçi

Avrora

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin inkişaf ehtiyaclarını müəyyənləşdirilməsi və bu ehtiyaclara uyğun inkişaf proqramlarının hazırlanması;

•  “Avrora Akademiya”nın strategiyasına istinad edərək inkişaf proqramlarına uyğun təlim materialları, təqdimatlar, video dərslər, testlər və qiymətləndirmə alətlərinin hazırlanması və mütəmadi yeniləməsi;

• Restoran şəbəkələri üçün zəruri olan qida təhlükəsizliyi, gigiyena, xidmət standartları, müştəri məmnuniyyəti, satış texnikaları üzrə əməkdaşların təlimləndirilməsi;

• Təlim iştirakçıları, davamiyyət, qiymətləndirmə nəticələri və digər göstəricilər üzrə hesabatlılığın aparılması;

• Təlimlərin effektivliyinin qiymətləndirilməsi və prosesin  inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanması və icrasına nəzarət edilməsi;

• Şirkətin əməliyyat standartlarında və xidmət qaydalarında baş verən yeniliklərin təlim materiallarına inteqrasiyası və əməkdaşlara çatdırılması;

• Restoranlara yeni işə qəbul olunmuş əməkdaşların ilk iş günü təlimlərinin keçirilməsi;

• Təlimdə iştirak etmiş əməkdaşların təlimdən sonrakı fəaliyyətinin izlənilməsi və dövri hesabatların hazırlanması;

• Restoranlara mütəmadi səfərlər edərək əməliyyat standartlarının tətbiqinin müşahidə edilməsi, yerində kouçinq və inkişaf dəstəyinin göstərilməsi.

Tələb olunan bilik və bacarıqlar:

• MS Office proqramları üzrə biliklər;

• Powerpoint, Canva və digər təqdimat proqramları üzrə yüksək biliklər;

• TOT sertifikatı üstünlükdür;

• Kommunikasiya bacarığı;

• Planlama və təşkiletmə bacarığı;

• Təqdimat bacarığı;

• Dəyişikliklərin idarə edilməsi bacarığı;

• Komanda ilə işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

• Təhsil: Ali təhsil;

• İş təcrübəsi: Min.2 il (Restoran sahəsi üzrə)

İş şərtlərimiz:

• İş qrafiki: Tam iş günü (5 gün);

• İş saatları: 09:00-18:00;

• İş yeri: Aşıq Molla Cümə küç.,46C

Biz nə təklif edirik:

• Əmək bazarında rəqabətli əməkhaqqı;

• Peşəkar komanda mühiti;

• Şirkət hesabına korporativ nömrə;

• Nahar təminatı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təlimçi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Назад
AV
Təlimçi
Avrora
Откликнуться
Опубликовано: 27 июля 2026
Дедлайн: 27 августа 2026
Компания Avrora
ID источника 146953
Просмотры

Detail.Share