Vacancies
LE

Büdcələmə və Maliyyə Hesabatlılığı üzrə Supervayzer

Landau Education Group

Təsvir

• Şirkətin illik büdcəsinin hazırlanması prosesinin koordinasiyasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə məlumatlarını təhlil etmək və konsolidasiya etmək;

• Aylıq, rüblük və illik idarəetmə və pul vəsaiti hesabatlarının hazırlanmasını təmin etmək;

• Faktiki nəticələrin büdcə və proqnoz göstəriciləri ilə müqayisəli təhlilini aparmaq, kənarlaşmaların səbəblərini müəyyən etmək;

• Büdcənin icrasına nəzarət etmək, xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq;

• Dövri maliyyə proqnozlarının (Forecast / Rolling Forecast) hazırlanmasını və yenilənməsini koordinasiya etmək;

• Müxtəlif biznes istiqamətləri, layihələr və investisiyalar üzrə maliyyə modelləri və ssenari analizləri hazırlamaq;

• Maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun hazırlanması prosesində iştirak etmək və hesabatların düzgünlüyünü, tamlığını və ardıcıllığını təmin etmək;

• İllik və zərurət yarandıqda aralıq xarici audit prosesinin planlaşdırılması, təşkili və koordinasiyasında iştirak etmək;

• Büdcələmə, maliyyə hesabatlığı və audit proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək;

• Şöbə daxilində iş bölgüsünün və tapşırıqların icrasının koordinasiyasında şöbə müdirinə dəstək göstərmək;

• Şöbə müdirinin tapşırıqlarının icrasını təmin etmək və Şöbə müdirinin olmadığı hallarda səlahiyyət çərçivəsində şöbənin gündəlik fəaliyyətinin koordinasiyasını həyata keçirmək.

Requirements

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Büdcələmə, idarəetmə hesabatlığı və ya audit üzrə 4–5 il iş təcrübəsi;
  • Büdcələmə, forecasting, variance analysis, cash flow və maliyyə modelləşdirilməsi üzrə güclü bilik;
  • P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması və təhlili üzrə praktiki təcrübə;
  • Dəyişən prioritetlərə uyğunlaşmaq və bir neçə tapşırığı effektiv idarə etmək bacarığı;
  • MS Excel üzrə yüksək səviyyədə təcrübə;
  • Sərbəst Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili biliyi mütləqdir; rus dili biliyi isə üstünlükdür.
  • ACCA, DipIFR, CPA və ya digər beynəlxalq sertifikatlar (və ya bu istiqamətdə təhsil) üstünlükdür;
  • Power BI və digər BI/reporting alətləri üzrə bilik üstünlükdür;
  • 1C və ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür.
  • Biz nə təklif edirik:
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis mövcuddur);
  • Həyat yığım sığortası;
  • Könüllü tibbi sığorta;
  • Push30 proqramından 75 % endirim ilə istifadə etmək imkanı;
  • Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
  • Korporativ təlimlərə qatılma imkanı.
  • Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
  • Vakansiya növü - Tam ştat
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Back