Büdcələmə və Maliyyə Hesabatlılığı üzrə Supervayzer
Təsvir
• Şirkətin illik büdcəsinin hazırlanması prosesinin koordinasiyasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə məlumatlarını təhlil etmək və konsolidasiya etmək;
• Aylıq, rüblük və illik idarəetmə və pul vəsaiti hesabatlarının hazırlanmasını təmin etmək;
• Faktiki nəticələrin büdcə və proqnoz göstəriciləri ilə müqayisəli təhlilini aparmaq, kənarlaşmaların səbəblərini müəyyən etmək;
• Büdcənin icrasına nəzarət etmək, xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq;
• Dövri maliyyə proqnozlarının (Forecast / Rolling Forecast) hazırlanmasını və yenilənməsini koordinasiya etmək;
• Müxtəlif biznes istiqamətləri, layihələr və investisiyalar üzrə maliyyə modelləri və ssenari analizləri hazırlamaq;
• Maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun hazırlanması prosesində iştirak etmək və hesabatların düzgünlüyünü, tamlığını və ardıcıllığını təmin etmək;
• İllik və zərurət yarandıqda aralıq xarici audit prosesinin planlaşdırılması, təşkili və koordinasiyasında iştirak etmək;
• Büdcələmə, maliyyə hesabatlığı və audit proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək;
• Şöbə daxilində iş bölgüsünün və tapşırıqların icrasının koordinasiyasında şöbə müdirinə dəstək göstərmək;
• Şöbə müdirinin tapşırıqlarının icrasını təmin etmək və Şöbə müdirinin olmadığı hallarda səlahiyyət çərçivəsində şöbənin gündəlik fəaliyyətinin koordinasiyasını həyata keçirmək.
Tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Büdcələmə, idarəetmə hesabatlığı və ya audit üzrə 4–5 il iş təcrübəsi;
- Büdcələmə, forecasting, variance analysis, cash flow və maliyyə modelləşdirilməsi üzrə güclü bilik;
- P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması və təhlili üzrə praktiki təcrübə;
- Dəyişən prioritetlərə uyğunlaşmaq və bir neçə tapşırığı effektiv idarə etmək bacarığı;
- MS Excel üzrə yüksək səviyyədə təcrübə;
- Sərbəst Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili biliyi mütləqdir; rus dili biliyi isə üstünlükdür.
- ACCA, DipIFR, CPA və ya digər beynəlxalq sertifikatlar (və ya bu istiqamətdə təhsil) üstünlükdür;
- Power BI və digər BI/reporting alətləri üzrə bilik üstünlükdür;
- 1C və ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür.
- Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis mövcuddur);
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Push30 proqramından 75 % endirim ilə istifadə etmək imkanı;
- Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
- Korporativ təlimlərə qatılma imkanı.
- Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.