İnfluencer Marketing Manager
İş şəraiti
• İş qrafiki: Həftə içi 5 gün
• İş saatları: 10:00 – 19:00
• İş rejimi: Ofisdaxili
Influencer seçimi və idarə edilməsi
• Brend və kampaniyanın məqsədlərinə uyğun influencer seçimlərinin aparılması.
• Influencer bazasının yaradılması və mütəmadi yenilənməsi.
• Influencerlərin auditoriya göstəricilərinin (reach, ER, demographic fit) təhlili.
• Influencerlərlə yazışma, brief paylaşımı və şərtlərin razılaşdırılması.
• Uzunmüddətli və əməkdaşlıq yönümlü münasibətlərin qurulması.
Kampaniya planlaması və icrası
• Kampaniyanın məqsədlərinin və KPI-larının müəyyənləşdirilməsi.
• Kontent formatlarının seçilməsi (reels, story, post, TikTok video və s.).
• Brief hazırlanması və influencerə düzgün ötürülməsi.
• Çəkiliş və kontent hazırlığı prosesinə nəzarət.
• Paylaşımların vaxtında, tələblərə uyğun şəkildə həyata keçirilməsinin izlənməsi.
Nəticələrin ölçülməsi və reportinq
• Kampaniya sonu performans hesabatlarının, müştərilərin rəqib analizlərinin hazırlanması.
• Əsas metriklərin təhlili: ER, reach, impressions, CTR, CPM və s.
• Hər influencerin performansının müqayisəli təhlili.
• Müştəri və rəhbərliyə aydın, strukturlaşdırılmış report təqdim edilməsi.
Bazar və trend analizi
• Yerli və qlobal trend, format və kontent yanaşmalarını izləmək.
• Trendə uyğun yeni yanaşmalar və təkliflər irəli sürmək.
Daxili komanda ilə əməkdaşlıq
• Digital, SMM, kreativ və maliyyə komandaları ilə koordinasiyalı iş.
• Prioritetlərə uyğun gündəlik iş planının idarə olunması.
Administrativ öhdəliklər
• Influencer müqavilələri və ödəniş proseslərinə dəstək.
• Kontent materiallarının düzgün arxivləşdirilməsi.
• Rəsmi və səliqəli yazışma formatının qorunması.
Namizəddən Tələblər
• Influencer marketinq və ya SMM sahəsində minimum 1–2 il təcrübə.
• Yaxşı kommunikasiya və yazılı ünsiyyət bacarıqları.
• Analitik düşüncə və detallara diqqət.
• Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı.
• Azərbaycan Respublikasının “Reklam haqqında” Qanunu və sosial media reklam qaydaları barədə məlumatlılıq.
• Düzgün time management və prioritetləşdirmə bacarığı.
• Stressə davamlılıq və paralel işləri idarə etmək bacarığı.
• Rus və ingilis dili mütləq.
• Kreativ yanaşma və trend bilikləri mütləqdir.
Xahiş edirik, CV-i "İnfluencer Marketing Manager" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz