Вакансии
UM

İnfluencer Marketing Manager

Universal McCann

İş şəraiti

• İş qrafiki: Həftə içi 5 gün

• İş saatları: 10:00 – 19:00

• İş rejimi: Ofisdaxili

Influencer seçimi və idarə edilməsi

• Brend və kampaniyanın məqsədlərinə uyğun influencer seçimlərinin aparılması.

• Influencer bazasının yaradılması və mütəmadi yenilənməsi.

• Influencerlərin auditoriya göstəricilərinin (reach, ER, demographic fit) təhlili.

• Influencerlərlə yazışma, brief paylaşımı və şərtlərin razılaşdırılması.

• Uzunmüddətli və əməkdaşlıq yönümlü münasibətlərin qurulması.

Kampaniya planlaması və icrası

• Kampaniyanın məqsədlərinin və KPI-larının müəyyənləşdirilməsi.

• Kontent formatlarının seçilməsi (reels, story, post, TikTok video və s.).

• Brief hazırlanması və influencerə düzgün ötürülməsi.

• Çəkiliş və kontent hazırlığı prosesinə nəzarət.

• Paylaşımların vaxtında, tələblərə uyğun şəkildə həyata keçirilməsinin izlənməsi.

Nəticələrin ölçülməsi və reportinq

• Kampaniya sonu performans hesabatlarının, müştərilərin rəqib analizlərinin hazırlanması.

• Əsas metriklərin təhlili: ER, reach, impressions, CTR, CPM və s.

• Hər influencerin performansının müqayisəli təhlili.

• Müştəri və rəhbərliyə aydın, strukturlaşdırılmış report təqdim edilməsi.

Bazar və trend analizi

• Yerli və qlobal trend, format və kontent yanaşmalarını izləmək.

• Trendə uyğun yeni yanaşmalar və təkliflər irəli sürmək.

Daxili komanda ilə əməkdaşlıq

• Digital, SMM, kreativ və maliyyə komandaları ilə koordinasiyalı iş.

• Prioritetlərə uyğun gündəlik iş planının idarə olunması.

Administrativ öhdəliklər

• Influencer müqavilələri və ödəniş proseslərinə dəstək.

• Kontent materiallarının düzgün arxivləşdirilməsi.

• Rəsmi və səliqəli yazışma formatının qorunması.

Namizəddən Tələblər

• Influencer marketinq və ya SMM sahəsində minimum 1–2 il təcrübə.

• Yaxşı kommunikasiya və yazılı ünsiyyət bacarıqları.

• Analitik düşüncə və detallara diqqət.

• Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı.

• Azərbaycan Respublikasının “Reklam haqqında” Qanunu və sosial media reklam qaydaları barədə məlumatlılıq.

• Düzgün time management və prioritetləşdirmə bacarığı.

• Stressə davamlılıq və paralel işləri idarə etmək bacarığı.

• Rus və ingilis dili mütləq.

• Kreativ yanaşma və trend bilikləri mütləqdir.

Xahiş edirik,  CV-i "İnfluencer Marketing Manager" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz

Назад
UM
İnfluencer Marketing Manager
Universal McCann
Откликнуться
Опубликовано: 11 августа 2026
Дедлайн: 11 сентября 2026
Компания Universal McCann
ID источника 148209
Просмотры 1

Detail.Share