Vacancies
ME

Planlama üzrə kiçik mütəxəssis

METAK

İşin təsviri

• Satış proqnozları, istehsal planları və tarixi məlumatlar əsasında material tələbatının analizinə dəstək vermək;

• Aylıq və həftəlik istehsal planlarının (MPS) hazırlanmasına dəstək olmaq və icrasının izlənilməsində iştirak etmək;

• Material ehtiyaclarının planlaşdırılması (MRP) proseslərinə dəstək vermək və sistemdə tələblərin açılmasında köməklik göstərmək;

• Xammal, material və hazır məhsul ehtiyatlarının yetərliliyini mütəmadi olaraq izləmək;

• İstehsal prosesinin gündəlik monitorinqinə dəstək vermək, plan və fakt göstəricilərini hazırlamaq;

• Xaricdən idxal olunan hazır məhsullar üzrə sifarişlərin planlaşdırılmasına dəstək vermək;

• ERP sistemində istehsal və tədarük proseslərinə aid məlumatların daxil edilməsi və yenilənməsini həyata keçirmək;

• Analitik hesabatların hazırlanmasında iştirak etmək və digər şöbələrdən daxil olan sorğuların cavablandırılmasına dəstək vermək;

• Təchizat, Satış, Anbar və digər aidiyyəti şöbələrlə operativ məlumat mübadiləsini və koordinasiyanı təmin etmək;

• Rəhbər mütəxəssis və rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Requirements

  • Ali təhsil (İqtisadiyyat və ya Texniki ixtisas);
  • İstehsal və ya tədarük planlaması sahəsində 0–1 il iş təcrübəsi;
  • MRP anlayışı və ERP sistemləri ilə işləməyə hazır olmaq;
  • MS Office proqramlarını, xüsusilə Microsoft Excel-i yaxşı səviyyədə bilmək;
  • Power BI və Pivot üzrə biliklər üstünlükdür;
  • Güclü analitik və riyazi düşünmə bacarığı;
  • Öyrənmə həvəsi və yeni bilikləri mənimsəmək bacarığı;
  • İstehsalat prosesləri və mal-material dövriyyəsi haqqında ümumi anlayış;
  • Dəqiqlik, məsuliyyət və detallara yüksək diqqət;
  • Komanda daxilində və şöbələrarası effektiv ünsiyyət və koordinasiya bacarığı;
  • Azərbaycan dilini peşəkar səviyyədə bilmək; rus və ingilis dillərini bilmək üstünlükdür.

Why join us?

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Back