Planlama üzrə kiçik mütəxəssis
İşin təsviri
• Satış proqnozları, istehsal planları və tarixi məlumatlar əsasında material tələbatının analizinə dəstək vermək;
• Aylıq və həftəlik istehsal planlarının (MPS) hazırlanmasına dəstək olmaq və icrasının izlənilməsində iştirak etmək;
• Material ehtiyaclarının planlaşdırılması (MRP) proseslərinə dəstək vermək və sistemdə tələblərin açılmasında köməklik göstərmək;
• Xammal, material və hazır məhsul ehtiyatlarının yetərliliyini mütəmadi olaraq izləmək;
• İstehsal prosesinin gündəlik monitorinqinə dəstək vermək, plan və fakt göstəricilərini hazırlamaq;
• Xaricdən idxal olunan hazır məhsullar üzrə sifarişlərin planlaşdırılmasına dəstək vermək;
• ERP sistemində istehsal və tədarük proseslərinə aid məlumatların daxil edilməsi və yenilənməsini həyata keçirmək;
• Analitik hesabatların hazırlanmasında iştirak etmək və digər şöbələrdən daxil olan sorğuların cavablandırılmasına dəstək vermək;
• Təchizat, Satış, Anbar və digər aidiyyəti şöbələrlə operativ məlumat mübadiləsini və koordinasiyanı təmin etmək;
• Rəhbər mütəxəssis və rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Requirements
- Ali təhsil (İqtisadiyyat və ya Texniki ixtisas);
- İstehsal və ya tədarük planlaması sahəsində 0–1 il iş təcrübəsi;
- MRP anlayışı və ERP sistemləri ilə işləməyə hazır olmaq;
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel-i yaxşı səviyyədə bilmək;
- Power BI və Pivot üzrə biliklər üstünlükdür;
- Güclü analitik və riyazi düşünmə bacarığı;
- Öyrənmə həvəsi və yeni bilikləri mənimsəmək bacarığı;
- İstehsalat prosesləri və mal-material dövriyyəsi haqqında ümumi anlayış;
- Dəqiqlik, məsuliyyət və detallara yüksək diqqət;
- Komanda daxilində və şöbələrarası effektiv ünsiyyət və koordinasiya bacarığı;
- Azərbaycan dilini peşəkar səviyyədə bilmək; rus və ingilis dillərini bilmək üstünlükdür.
Why join us?
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.