Vacancies
RE

Satınalma üzrə kiçik mütəxəssis

Retinalab

İş şəraiti

• İş qrafiki: Həftəiçi 08:00 – 17:00, Şənbə 10:00 – 13:00

• Məkan: Bakı şəhəri, Nərimanov rayonu

• Əməkhaqqı: 600 - 800 AZN (fiks) + Performans üzrə bonuslar (KPI)

Əsas öhdəliklər:

• Yerli və xarici təchizatçı bazasının araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli analizin aparılması

• Satınalma sifarişlərinin vaxtında və daxili prosedurlara uyğun rəsmiləşdirilməsi

• Təchizatçılarla ilkin danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılmasına dəstək göstərilməsi

• Sifariş olunan mal və xidmətlərin çatdırılma müddətinə, eləcə də keyfiyyətinə nəzarət olunması

• Beynəlxalq və local logistika, idxal və gömrük prosedurları

• Satınalma sənədlərinin (hesab-faktura, qaimə, təhvil-təslim aktları) sistemli uçotunun aparılması və mühasibatlığa təhvil verilməsi

• Təchizatçı bazasının mütəmadi yenilənməsi və hesabatlığın təmin edilməsi

Namizədə olan tələblər:

• Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Logistika və ya əlaqəli sahələr)

• Satınalma, təchizat və ya logistika sahəsində 1 il və daha çox , təcrübə proqramı keçmiş olmaq (üstünlükdür)

• MS Office proqramlarını (xüsusilə MS Excel) yaxşı səviyyədə bilmək

• Azərbaycan dilini səlis bilmək (Rus və ingilis dil biliyi arzuolunandır)

• Danışıqlar aparmaq və operativ ünsiyyət qurmaq bacarığı

• Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi

Biz nə təklif edirik:

• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi

• Rəqabət qabiliyyətli gəlir: 600- 800 AZN (fiks ) + aylıq KPI bonusları

• Nahar yeməyi təminatı

• Korporativ nömrə və balans

• Peşəkar və dəstəkləyici kollektivdə iş imkanı

• Satınalma sahəsində təlimlər, karyera yüksəlişi və inkişaf perspektivləri

• Şirkətidə sosial fəaliyyətlərdə iştirak imkanı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində "Satınalma üzrə kiçik mütəxəssis" qeyd etməklə göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: +994 99 350 49 96

Back