Satınalma üzrə kiçik mütəxəssis
İş şəraiti
• İş qrafiki: Həftəiçi 08:00 – 17:00, Şənbə 10:00 – 13:00
• Məkan: Bakı şəhəri, Nərimanov rayonu
• Əməkhaqqı: 600 - 800 AZN (fiks) + Performans üzrə bonuslar (KPI)
Əsas öhdəliklər:
• Yerli və xarici təchizatçı bazasının araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli analizin aparılması
• Satınalma sifarişlərinin vaxtında və daxili prosedurlara uyğun rəsmiləşdirilməsi
• Təchizatçılarla ilkin danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılmasına dəstək göstərilməsi
• Sifariş olunan mal və xidmətlərin çatdırılma müddətinə, eləcə də keyfiyyətinə nəzarət olunması
• Beynəlxalq və local logistika, idxal və gömrük prosedurları
• Satınalma sənədlərinin (hesab-faktura, qaimə, təhvil-təslim aktları) sistemli uçotunun aparılması və mühasibatlığa təhvil verilməsi
• Təchizatçı bazasının mütəmadi yenilənməsi və hesabatlığın təmin edilməsi
Namizədə olan tələblər:
• Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Logistika və ya əlaqəli sahələr)
• Satınalma, təchizat və ya logistika sahəsində 1 il və daha çox , təcrübə proqramı keçmiş olmaq (üstünlükdür)
• MS Office proqramlarını (xüsusilə MS Excel) yaxşı səviyyədə bilmək
• Azərbaycan dilini səlis bilmək (Rus və ingilis dil biliyi arzuolunandır)
• Danışıqlar aparmaq və operativ ünsiyyət qurmaq bacarığı
• Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi
Biz nə təklif edirik:
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
• Rəqabət qabiliyyətli gəlir: 600- 800 AZN (fiks ) + aylıq KPI bonusları
• Nahar yeməyi təminatı
• Korporativ nömrə və balans
• Peşəkar və dəstəkləyici kollektivdə iş imkanı
• Satınalma sahəsində təlimlər, karyera yüksəlişi və inkişaf perspektivləri
• Şirkətidə sosial fəaliyyətlərdə iştirak imkanı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində "Satınalma üzrə kiçik mütəxəssis" qeyd etməklə göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: +994 99 350 49 96