Texniki Ofis Mühəndisi
MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.
Əsas vəzifə öhdəlikləri
• Layihə üzrə texniki sənədlərin hazırlanmasını, yoxlanılmasını, sistemləşdirilməsini və aktual saxlanılmasını təmin etmək;
• İşçi çertyojları, texniki spesifikasiyalar, layihə sənədləri və digər texniki məlumatları təhlil etmək;
• Layihə sənədləri ilə sahədə faktiki görülən işlərin uyğunluğunun yoxlanılmasını təşkil etmək;
• Saha komandası ilə sıx koordinasiya edərək faktiki icra olunmuş iş həcmlərinin yoxlanılmasını və təsdiqlənməsini təmin etmək;
• BOQ, material spesifikasiyaları, texniki hesabatlar və digər layihə sənədlərinin hazırlanmasına və yoxlanılmasına nəzarət etmək;
• Layihə xərclərinin və faktiki icra həcmlərinin izlənilməsi üzrə Cost Control prosesini həyata keçirmək;
• Subpodratçıların hakedişlərinin hazırlanmasını, yoxlanılmasını və izlənilməsini təmin etmək;
• Faktiki görülmüş iş həcmlərini sahə komandası ilə birlikdə yoxlamaq və hakedişlərin düzgün hesablanmasına nəzarət etmək;
• Dəyişikliklərin və əlavə işlərin (Variation Orders) qeydiyyatını aparmaq, qiymətləndirilməsində iştirak etmək və təsdiq prosesini izləmək;
• Construction Manager ilə sıx əməkdaşlıq edərək hakedişlər, variation, faktiki icra həcmləri və digər maliyyə məsələləri üzrə operativ məlumat mübadiləsini təmin etmək;
• Mühasibatlıq departamenti ilə koordinasiyada olmaq, ödənişlər, hesab-fakturalar və digər maliyyə sənədləri üzrə məlumat mübadiləsini həyata keçirmək;
• Memarlıq və mühəndislik bölmələri, texniki ofis və sahə komandası arasında texniki koordinasiyanı təmin etmək;
• Sahədən daxil olan texniki məsələləri təhlil etmək, onların həlli üçün müvafiq qərar və təkliflərin hazırlanmasında iştirak etmək;
• Layihə dəyişikliklərini sənədləşdirmək və aidiyyəti şəxslərlə koordinasiya etmək;
• Təchizatçı və subpodratçılardan təqdim olunan texniki sənədləri, material məlumatlarını və digər müvafiq sənədləri yoxlamaq;
• Tikinti prosesinin təsdiq edilmiş layihə, texniki spesifikasiya və digər layihə tələblərinə uyğun aparılmasına texniki dəstək göstərmək;
• Həftəlik və aylıq cost control, hakediş, variation və layihənin maliyyə vəziyyəti üzrə hesabatlar hazırlamaq;
• Layihə üzrə texniki və maliyyə məlumatlarının düzgün, aktual və sistemli şəkildə saxlanılmasını təmin etmək.
Requirements
- Ali təhsil — inşaat, mexanika, elektrik mühəndisliyi, memarlıq və ya əlaqəli ixtisas;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi mütləqdir;
- Tikinti və fit-out layihələrində iş təcrübəsi mütləqdir;
- Texniki ofis, Cost Control, Quantity Surveying (QS) və ya layihə texniki koordinasiyası üzrə praktiki təcrübə;
- Hakedişlərin hazırlanması və yoxlanılması, faktiki icra həcmlərinin ölçülməsi və variation order prosesləri üzrə təcrübə;
- BOQ, texniki spesifikasiyalar, işçi çertyojları və qiymət məlumatları ilə işləmək bacarığı;
- Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı — mürəkkəb formulalar, Pivot Table, məlumatların analizi və modelləşdirilməsi;
- AutoCAD və digər müvafiq texniki proqramlarla işləmək bacarığı;
- Texniki çertyojları, layihə sənədlərini və spesifikasiyaları oxuma və düzgün şərh etmə bacarığı;
- Cost Control və Quantity Surveying prinsipləri üzrə bilik;
- Texniki və maliyyə məlumatlarını analiz etmək və hesabat hazırlamaq bacarığı;
- Saha komandası, Construction Manager, mühasibatlıq, təchizatçılar və subpodratçılarla effektiv koordinasiya və kommunikasiya bacarığı;
- Güclü analitik düşüncə və detallara yüksək diqqət;
- Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları hesabatların hazırlanması, cost control, məlumatların analizi, sənədləşmə və digər iş proseslərində effektiv tətbiq etmək bacarığı — mütləqdir;
- İngilis dili üzrə yazılı və şifahi ünsiyyət bacarığı;
- Fit-out və finishing layihələrində texniki ofis və cost control təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Müvafiq sahə üzrə real tikinti və fit-out layihələrində sübut olunmuş praktiki iş təcrübəsi mütləqdir.
- Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Texniki Ofis Mühəndisi” qeyd edin.
- Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!