Вакансии
MD

Texniki Ofis Mühəndisi

MEC Design MMC

MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.

Əsas vəzifə öhdəlikləri

• Layihə üzrə texniki sənədlərin hazırlanmasını, yoxlanılmasını, sistemləşdirilməsini və aktual saxlanılmasını təmin etmək;

• İşçi çertyojları, texniki spesifikasiyalar, layihə sənədləri və digər texniki məlumatları təhlil etmək;

• Layihə sənədləri ilə sahədə faktiki görülən işlərin uyğunluğunun yoxlanılmasını təşkil etmək;

• Saha komandası ilə sıx koordinasiya edərək faktiki icra olunmuş iş həcmlərinin yoxlanılmasını və təsdiqlənməsini təmin etmək;

• BOQ, material spesifikasiyaları, texniki hesabatlar və digər layihə sənədlərinin hazırlanmasına və yoxlanılmasına nəzarət etmək;

• Layihə xərclərinin və faktiki icra həcmlərinin izlənilməsi üzrə Cost Control prosesini həyata keçirmək;

• Subpodratçıların hakedişlərinin hazırlanmasını, yoxlanılmasını və izlənilməsini təmin etmək;

• Faktiki görülmüş iş həcmlərini sahə komandası ilə birlikdə yoxlamaq və hakedişlərin düzgün hesablanmasına nəzarət etmək;

• Dəyişikliklərin və əlavə işlərin (Variation Orders) qeydiyyatını aparmaq, qiymətləndirilməsində iştirak etmək və təsdiq prosesini izləmək;

• Construction Manager ilə sıx əməkdaşlıq edərək hakedişlər, variation, faktiki icra həcmləri və digər maliyyə məsələləri üzrə operativ məlumat mübadiləsini təmin etmək;

• Mühasibatlıq departamenti ilə koordinasiyada olmaq, ödənişlər, hesab-fakturalar və digər maliyyə sənədləri üzrə məlumat mübadiləsini həyata keçirmək;

• Memarlıq və mühəndislik bölmələri, texniki ofis və sahə komandası arasında texniki koordinasiyanı təmin etmək;

• Sahədən daxil olan texniki məsələləri təhlil etmək, onların həlli üçün müvafiq qərar və təkliflərin hazırlanmasında iştirak etmək;

• Layihə dəyişikliklərini sənədləşdirmək və aidiyyəti şəxslərlə koordinasiya etmək;

• Təchizatçı və subpodratçılardan təqdim olunan texniki sənədləri, material məlumatlarını və digər müvafiq sənədləri yoxlamaq;

• Tikinti prosesinin təsdiq edilmiş layihə, texniki spesifikasiya və digər layihə tələblərinə uyğun aparılmasına texniki dəstək göstərmək;

• Həftəlik və aylıq cost control, hakediş, variation və layihənin maliyyə vəziyyəti üzrə hesabatlar hazırlamaq;

• Layihə üzrə texniki və maliyyə məlumatlarının düzgün, aktual və sistemli şəkildə saxlanılmasını təmin etmək.

Требования

  • Ali təhsil — inşaat, mexanika, elektrik mühəndisliyi, memarlıq və ya əlaqəli ixtisas;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi mütləqdir;
  • Tikinti və fit-out layihələrində iş təcrübəsi mütləqdir;
  • Texniki ofis, Cost Control, Quantity Surveying (QS) və ya layihə texniki koordinasiyası üzrə praktiki təcrübə;
  • Hakedişlərin hazırlanması və yoxlanılması, faktiki icra həcmlərinin ölçülməsi və variation order prosesləri üzrə təcrübə;
  • BOQ, texniki spesifikasiyalar, işçi çertyojları və qiymət məlumatları ilə işləmək bacarığı;
  • Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı — mürəkkəb formulalar, Pivot Table, məlumatların analizi və modelləşdirilməsi;
  • AutoCAD və digər müvafiq texniki proqramlarla işləmək bacarığı;
  • Texniki çertyojları, layihə sənədlərini və spesifikasiyaları oxuma və düzgün şərh etmə bacarığı;
  • Cost Control və Quantity Surveying prinsipləri üzrə bilik;
  • Texniki və maliyyə məlumatlarını analiz etmək və hesabat hazırlamaq bacarığı;
  • Saha komandası, Construction Manager, mühasibatlıq, təchizatçılar və subpodratçılarla effektiv koordinasiya və kommunikasiya bacarığı;
  • Güclü analitik düşüncə və detallara yüksək diqqət;
  • Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları hesabatların hazırlanması, cost control, məlumatların analizi, sənədləşmə və digər iş proseslərində effektiv tətbiq etmək bacarığı — mütləqdir;
  • İngilis dili üzrə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Fit-out və finishing layihələrində texniki ofis və cost control təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
  • Müvafiq sahə üzrə real tikinti və fit-out layihələrində sübut olunmuş praktiki iş təcrübəsi mütləqdir.
  • Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Texniki Ofis Mühəndisi” qeyd edin.
  • Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!
Назад
MD
Texniki Ofis Mühəndisi
MEC Design MMC
Откликнуться
Опубликовано: 25 августа 2026
Дедлайн: 25 сентября 2026
Компания MEC Design MMC
ID источника 149300
Просмотры 3

Detail.Share